HACI NURANIN “XƏRÇƏNG ŞOUSU” - Və ya batan hospitaldan səhiyyəyə “poni şıllağı”

Hacı Nuran kimi tanınan məşhur teleaparıcı Nuran Hüseynovda son günlərdə ağciyər xərçəngi tapıldığı və vəziyyətinin ağır olduğu xəbəri yayılıb. Daha əvvəl də xərçəng xəstəliyindən əziyyət çəkən və Almaniyada ağır müalicə kursları keçdikdən sonra sağalıb, vətənə dönən Hacı Nuranda yenidən xərçəng tapıldığı xəbəri isə bu dəfə müzakirəsiz ötüşmür.

Daha doğrusu, aparacının müalicə aldığı forma və şərait insanlarda onun həqiqətən də xəstə olduğuna dair şübhələr yaradıb, hətta bu addımın onun "müalicə aldığı” "Ege Hospital”ın piar kampaniyası olduğu da iddia edilir. Əslində, bu iddiaları gücləndirəcək məqamlar da az deyil. Məsələn:

1. Azərbaycanda xərçəng xəstəliyinin müalicəsini demək olar ki, yalnız Milli Onkologiya Mərkəzininin həyata keçirdiyi, bu sahənin bu tibb ocağının nəzarətində olduğunu hamı bilir. Hacı Nuran kimi imkanlı şəxs əgər doğrudan da müalicə olunmaq istəsəydi, onda xərçənglə bağlı peşəkarların çalışdığı və bu sahədə ixtisaslaşmış bir ünvana üz tutardı. Nəinki həkim səhlənkarlığına görə ölümləriylə daim gündəmdə olan, reputasiyası tamamilə korlanmış bir özəl xəstəxanaya...

2. Ağciyər xərçənginə tutulmuş şəxsin qorunmalı olduğu iki əsas təhlükə var: toz və tük. Hər iki detal Hacı Nuranın otağına gətirilən yüzlərlə gül və atla pozulub. İkinci detalı sosial şəbəkələrdə tanınmış tibb mütəxəssisləri də yazır. Bildirilir ki, Hacı Nuranın bu formada ziyarət edilməsi onu göstərir ki, "Ege Hospital” rəhbərliyi ya səriştəsizlik gösətərərək xəstəsinin ölümünü sürətləndirir, ya da Nuran Hüseynov xərçəng xəstəsi deyil və bütün bunlar sadəcə və sadəcə adıçəkilən xəstəxananın reklamına hesablanmış ucuz piar kampaniyasıdır.

Bu iddianı gücləndirən məqamlara da diqqət çəkək:

1. "Ege Hospital” Bakıda uzun illər "Grand Hospital” adı ilə fəaliyyət göstərib. Xəstəxana elə bu ay adını dəyişib. Bununla yanaşı, "Grand Hospital” adı altında işlədiyi dövrdəki bütün həkim heyətini də xəstəxanadan qanunsuz olaraq şəkildə işdən qovublar.

2. "Grand Hospital” qəfildən adını və bütün həkim heyətini ona görə dəyişdirdi ki, burada çoxsaylı xəstələr müxtəlif əməliyyatlar zamanı dünyasını dəyişmişdi. Xəstəxana demək olar ki, tamamilə nüfuzsuz hala düşmüşdü və müxtəlif məhkəmə çəkişmələrində idi. Üstəlik, elə bu ilin əvvəlində Vergilər Nazirliyi "Grand Hospital”da vergidən yayınma ilə bağlı araşdırma aparmışdı. Bütün bunları nəzərə alanda məlum olur ki, "Ege”nin - keçmiş adıyla "Grand hospital”ın "Hacı Nuran şou”sunun altında bir reklam kampaniyasının dayanması mümkündür.

Bəs Azərbaycanda kifayət qədər nüfuzu və imkanı olduğu bilinən Nuran Hüseynov bu ucuz reklam kampaniyasına niyə qoşulub? Onu buna nə vadar edib?

"Ege Hospital” rəhbərliyi sosial şəbəkələrdə yayılan bu iddialarla - Hacı Nuranın palatasına at gətirilməsi ilə bağlı aşağıdakı açıqlamanı yayıb: "Bu addım Hacının istəyi idi. O, ağır xəstədi, ponini görmək istəyirdi. Deyirdi ki, əgər yanıma at gətirilməsə, mən özüm onun yanına gedəcəyəm. Ağır xəstənin kiçik arzusunu yerinə yetirmək savabdır. Hacı Nuran Atçılıq Mərkəzi ilə də çalışır. Hacı Nuranın orda öz atı var. Bu poni onundur, adı da Nazlıdır. Hacı Nuran hər gün gedib, atı görürmüş. İcazə olmazdı atı gətirməyə, amma Hacı Nuran kimi xeyirxah insanın bu məqamda arzusunu yerinə yetirmək üçün belə bir addım atıldı. Bir də, Hacı Nuranın yatdığı mərtəbədə ondan başqa xəstə yoxdur. Həmin poni də gigiyenik cəhətdən təmiz idi. Atı çirkli-çirkli gətirməmişik".

Hospital rəsmisi Türkan Məmmədli xəstənin yanına gələn şəxslərin ayağında baxil olmamasına da münasibət bildirib: "Xəstəxananın içəri girişində ayaqqabı üçün xüsusi yapışdırıcı avadanlıq var. Həmin o aparatla ayaqqabıların altına baxili əvəz etmək üçün xüsusi maddə yapışdırılır".

Bütün bu iddiaların hansının doğru olduğunu ayırd etmək isə əlahəzrət oxucunun öhdəsinə qalır. Özümüzü bu məsələnin hansısa xəstəxananın reklamı olmadığına inandırmağa çalışaq, əks halda, bir insanın öz ölümcül xəstəliyi üzərindən reklamla və pul qazanmaqla məşğul olduğunu qəbullanmaq daha çətin olar.

Ümid edirik ki, Hacı Nuran da tezliklə müalicəsini bitirər və bu ağır xəstəliyi atladar. Əgər həqiqətən də xəstədirsə…

(Bakipost.az)

635x100

Şərhlər

yunis 2018-06-26 09:05:29

bu nedi bilmirem oturub .. kef edir. olkenin ziyalisini- alimini efire buraxmirlar amma bunun kimlerini tebliq edirler- xanim kimi bezenib efirlerden dusmur-gozumuz yaqir olub onu gormekden. saq ol azpolitika onun ic uzunu acdiqiniz ucun

Soy ķökülü 2018-06-26 09:05:29

Anti reklam oldu bu. İndi adınızı dəyişib PONİ goyun.

İRADƏ 2018-06-26 09:05:29

Hacı həm Hospitalı,həm də özünü biabır elədi.Daha doğrusu iç üzlərini açdılar.Oturub hacıya dua edənlər gördülər ki,``torbada Pişik`` varmış,Xərçəng yox.Hətta Hacının ``qaranlıq fəailiyyətinə`` də işıq düşdü.

Oqtay 2018-06-26 09:05:29

Xəstədirsə Allah şəfa versin yalandır sa gərçək olsun

Bakili 2018-06-26 09:05:29

Ucuz efirleri gezen bu kimi adamlar .... xestedirler.Spacede vaxti ile falci vardi verlis aparan deleduzluga gore hebs olundu.Indi yene cixir verlislere guya ekspertdir.Kull TV lerin basina.Gor ne gunlere dusubler ki bunlari devet edirler.

Amon 2018-06-26 09:05:29

Bu Ege hospitalin reklamidi.cunki bu xestexana yaxsi ad cixarmayib indi yeniden temiz ad qazanmaq ucun ucuz reklama uz tutub

Azad 2018-06-26 09:05:29

Xəstədirsə Allah şəfasın versin. Gərək at əvəzinə bəzəkli bir tutuquşu gətirəydilər. Tutuquşunun kakı atinkınndan daha az olardı yəqinki...

Qulu 2018-06-26 09:05:29

Bu hacı Nurandı nədi bilmirəm kimdi atıblar ortalıga ki xəstələnib.Dədəsinin cənazəsində aglamayanlar bunun xətəliyinə vay-şivən qoparır.Amma heç çoxları da mənim kimi bilmir ki bu haranın nə quşudu? Kəsəsi-əgər bu adam xəstədirsə və buna görə gedib o xəstəxanaya giribsə-ALLAH ona şəfa versin.Yox əgər ŞOUMENLİK edirsə və insanların duyguları ilə məzəənirsə-ALLAH onu elə həmin xəstəliyə mübtəla edsin və gedib o xəstəxanaya düşsün ki görək onda da ona at gətirəcəklərmi və o xəstəxana onu müalicə edəcəkmi?Amin

EWDER 2018-06-26 09:05:29

ALLAH WEFA VERSIN,CEMI XESTELERE

alı 2018-06-26 09:05:29

Elə göründüyü (geyindiyi kimi) kimidir bu hacı Nuran.Nə geyimindən, nə əməllərindən bir şey anlamaq olmur.QARMAQARIŞIQDIR bu adam.Nə qədər istədim ki, bu adama qarşı bəziləri kimi hörmətim yaransin.Amma yekunda məndə onun bir ...oldugu fikri daha üstün göründü. Bu son olay isə bu fikri dəqiqləşdirdi.Bilmirəm, bəlkə də yanılıram.Axı bu adam kimdir? Nəyə görə bunu az qala peygəmbər kimi əzizləyir,ən yüksək səviyyədə əldə saxlayırlar, bəsləyirlər? Bunu bir açan olacaq? Dərdim azdı bəyəm?

Ss 2018-06-26 09:05:29

Onun iti də var. Onu da gətirin hospitala. İt dəxi bizim birimiz.əziyyət verməyin .

Semed 2018-06-26 09:05:29

haci nuran menim qonwumdur o heqiqeten cox xeyirxah insandir ve cox teessufler olsun ki heqiqeten de xestedir ALLAH onun komeyi olsun.ona gore de onun haqqinda bele mentiqsiz hec bir olcuye siqmayan yazi derc etdiyinize gore sizin daimi oxucunuz olduqum ucun cox uzuldum.hec kese bu xesteliyi arzulamiram.

Sedaqet 2018-06-26 09:05:29

Bu cur hallar cenab prezidentin yurutduyu siyasete ziddir. Niye bunu edirsiz? Niye ozunuzu gulunc veziyyete qoyursunuz? Erneniler baxir ve bizi haqli olaraq tehqir edir. Eceb olur bize.. bu qeder prezident deyir danliyir bize soze catmir. Gerek o xestexana baglansin ki hamiya ders olsun. Bu xestexana ozunu umumiyyetle ele aparir ki sanki ermenistandadi. Qanuna uymuyan ne istiyir onu ede bilen bir yersiz bir yerdi. Sehiyyemizi necede gozden salirlar. Mence rehber ERMENIDI bilerek edir...

Sedaqet 2018-06-26 09:05:29

Haci Nursn ozu cox abirli ve tetbiyeli bir insandi. Bu artiq hamiya melumdu. Men eminem ki o bilseydi ki at xestexanaya getirilecek hec vaxt buna icaze vermezdi. Amma bu hallar bash vermesi sehiyyemizi gulunc veziyyete qoymaq demekdir ve olkenin tibb qanunlarina zidd getmesi demekdir. Tessuf ki buda oldu. Ziyarete hec inssnlar buraxilmamalidir en azindan ziyeret tek tek olmalidi ve maskada. Bizim olkede ise at gelir ziyarete. Gorulmemish dushukluk .... ancaq bizde

NURəddin 2018-06-26 09:05:29

Xəstəxanaya at gətirilməsini xahiş etməyin özü bir xəstəlikdir.Belə hərəkətlər XXI əsrə aid deyil. Bu cür əmrləri ancaq meşşantəbiətli əfəl kral oğulları və ya lov]alıqda atasına bənzəyən olixarx potaları edə bilərlər. Normal və sıravi adam belə axmaqlıqları özünə yaraşdırmaz.Bu həqiqqətdirsə demək Hacı Nuray heç də göründüyü kimi deyilmiş. Bütün hallarda ALLAH ona şıfa versin.

G.M 2018-06-26 09:05:29

hacı nuran həqiqətən xəstədir.Allah heç kimi bunun kimi ... xəstəsi eləməsin.``Xərçəng``,filan bilmirəm.Hansı xidmətləri olub,bilinmir.neçə illər öncə mətbuatda bu adamın ``xeyir körpüsünün`` 80 min ABŞ dollarını götürüb qaçması barədə Qəzetlər yazmışdı.Sonradan bu hadisə unuduldu və ``xərçəng diaqnozlu`` yeni bir Şou-fantaziyayla meydana çıxdı.Özü də ``Ali mərtəbələrdə`` görüntüləndi.Özünü Reklam şoumen ``məhşurlarımızı`` da hərəkətə gətirdi.Hələ onun ``sağalmasına`` dua edən sadəlöhvləri demirəm.

Son yazılar