Merkel Ərdoğanı yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib

Almaniya kansleri Angela Merkel Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.“Report” TASS-a istinadən xəbər verir ki, o, hər iki ölkəni bir-birinə çoxillik dostluq əlaqələrinin bağladığını bildirib.

"Yenidən seçilməyiniz münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm. Ölkələrimiz arasındakı müxtəlif münasibətlər intensiv mübadilə və vətəndaşlarımız arasında sıx şəxsi əlaqələri xarakterizə edir", - deyə kansler teleqramında bildirib.

O xüsusi olaraq qeyd edib ki, Almaniya "demokratiyanın möhkəmlənəcəyi və qanun aliliyi prinsiplərinə riayət olunacağı sabit və plüralist Türkiyənin" ortağı olmaq istəyir. Kansler həmçinin Yaxın Şərqdəki dəyişikliklərin və kütləvi miqrasiyanın Almaniya və Türkiyəyə böyük təsir göstərdiyini xatırladıb.

"Mən sizinlə bundan sonra da, ölkələrimiz arasında əməkdaşlığın inkişafına və möhkəmlənməsinə töhfə verməyə şad olacağam", - deyə o əlavə edib.

Türkiyədə növbədənkənar prezident seçkiləri iyunun 24-də keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar