"Qarabağda misli görünməmiş vəziyyət yaranıb" - PAŞİNYAN

Ermənistanın baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsindən canlı yayım zamanı istifadəçilərdən birinin Qarabağdakı vəziyyət barədə sualına cavab verib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan onun baş nazir seçilməsindən bu yana Qarabağda “misli görünməmiş vəziyyət yarandığını” açıqlayıb.

“Bu dövr ərzində atışmaların intensivliyi misli görünməmiş dərəcədə aşağı olub. Bəzən 2000-ci illər səviyyəsinə enib. Mənim baş nazir seçilməyimdən sonra biz atəşkəsin pozulmasının misli görünməmiş dərəcədə aşağı səviyyəsini müşahidə edirik. Təəsüf ki, itkilərimiz oldu. Habelə təmas xəttində qoşunların hərəkəti və Naxçıvanla sərhəddə gərginlik müşahidə olunur” - Ermənistanın baş naziri bildirib.

Bununla belə Paşinyan deyib ki, müharibəyə həmişə hazır olmaq lazımdır. O, “bir anlıq da sayıqlığı itirməmək” barədə əmr verdiyini deyib.

“Sonda münaqişə həllini tapmayıb-biz yarımmüharibə vəziyyətindəyik və işimizi davam etdirməliyik, silahlı qüvvələr də öz işini görməlidir. Hər şey necə varsa elə. Biz qoşunlarımızın döyüş qabiliyyətinin artırılması üzərində işləyirik. Qanunsuzluqların qarşısı alınmalı, əsgər payının oğurlanmasına yol verilməməli, əsgərlərin mümkün qədər rahat xidmət keçməsi üçün şərait yaradılmalıdır. Qarabağdakı şərtlər indi situasiyanın sakitliyi baxımından misli görünməmişdir” - Paşinyan əlavə edib.

Ermənistan baş naziri deyib ki, erməni tərəfi müdafiə olunmağa hazırdır, amma müharibəni birinci başlamayacaq.

635x100

Şərhlər

Abit 2018-06-26 00:43:21

Tı trus,ti rab,tı .....

EWDER 2018-06-26 00:43:21

BU DIQANIN ANASINI AQLATMAQ VAXTI COXDAN CATIB

EWDER 2018-06-26 00:43:21

EYBI ...,AZ QALIB ,LAZIM GELER ...ANAVU AQLADARIQ,

Son yazılar