Əvəz Zeynallı yenidən təcridxanaya köçürüldü

Evez Z"Xural" qəzetinin hazırda siyasi motivlərlə həbsdə saxlanılan baş redaktoru Əvəz Zeynallı dünən axşam saatlarında Bakı İstintaq Təcridxanasından 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

“Qafqazinfo” xəbər verir ki, baş redaktorun BİT-na köçürülməsinə səbəb Mətbuat Şurası qarşısında qaldırdığı iddia əsasında Apellyasiya Məhkəməsinin verdiyi qərardan Ali Məhkəməyə etdiyi şikayət olub.

İyulun 21-də Ali Məhkəmənin Məhkəmə Kollegiyası hakim İslam Əliyevin sədrliyilə “Xural” qezetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddia əsasında Apellyasiya Məhkəməsinin çıxardığı qətnamə qüvvədə saxlanılıb.

Bundan sonra Ə.Zeynallı iyulun 23-də axşam saatlarında yenidən cəzaçəkmə müəssisəsinə "etap" olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar