Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır - FOTO

Azərbaycanın işğal edilən torpaqlarındakı separatçı Dağlıq Qarabağ rejiminin Ermənistan hakimiyyəti ilə Azərbaycana qarşı təxribatları artıq iqtisadi sferada da intensivləşir. Dağlıq Qarabağdakı işğalçı qurumundan Rusiya bazarlarına çeşidli ərzaq və içki məhsullarının ixrac edildiyi barədə dəfələrlə məlumatlar yayılıb. Separatçı qurum hətta Avropa bazarlarında da özünə yer etməyə çalışır.

Rusiya mətbuatının məlumatına görə, ölkə bazarlarında şübhəli mallara rast gəlmək olur. Modern.az xəbər verir ki, Rusiyada Dağlıq Qarabağda istehsal olunan konservləşdirilmiş məhsulların sayı durmadan artır. Mövzunu araşdıran “Vestikavkaza” portalına məlum olub ki, Azərbaycanın işğal edilmiş ərazilərində istehsal edilən və Rusiyaya gələn mallar əsasən, Moskva mağazalarında satılır. Mallar arasında qablaşdırılmış tərəvəzlər və mürəbbələrə daha çox rast gəlinir. Məlumata görə, malların istehsal edildiyi yerin adı Xankəndi şəhəri olaraq göstərilir.

Məsələ ilə bağlı araşdırma aparan sözügedən xəbər portalının əməkdaşı bildirib ki, mallar “Arsax frut” adlı Qapalı Səhmdar Cəmiyyətinin məhsullarıdır. Adıçəkilən şirkətin saytında o da bildirilir ki, “Arsax Frut” Moskvadakı “Korona” Qapalı Səhmdar Cəmiyyəti və Krasnodar vilayətindəki “Yuqdekor” Məhdud Məsuliyyətli Cəmiyyətlə iqtisadi əlaqələrə malikdir.

Diqqət çəkən məqam ondan ibarətdir ki, iqtisadi təxribatlarda Ermənistan dövlətinin də əli var. Belə ki, malların etiketlərinin üzərində “Ermənistan, Xankəndi şəhəri” , - deyə qeyd olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar