"ƏMƏLİYYAT YÜKSƏK MƏHARƏTLƏ HƏYATA KEÇİRİLDİ" - İlham Əliyev Naxçıvan əməliyyatından danışdı

"Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Biz strateji yüksəklikləri azad etdik". Bunu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paraddakı nitqində keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyatdan danışarkən deyib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Ordusu bölmələrinin dağlıq Günnüt kəndini azad edib. u haqda oxuculara kifayət qədər ətraflı məlumat vermişdi. Azərbaycan Ordusunun müvəffəqiyyətli hücumu haqda informasiyanı Ermənistanda müstəqil bloqerlər və vətəndaş cəmiyyətinin nümayəndələri də təsdiq etdilər. Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan qoşunlarının uğurlu xüsusi əməliyyat keçirməsini təkzib etmək cəhdləri isə inandırıcı deyildi və heç bir tənqidə dözmürdü.

Dövlət başçısı qeyd edib ki, həmin uğurlu əməliyyat nəticəsində Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı azad edilib: “Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərdi. Biz strateji yüksəklikləri azad etdik. Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla. Bundan sonra Azərbaycan Ordusu hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü bərpa etsin...”.

***

“Müharibə başa çatmayıb, müharibənin yalnız birinci mərhələsi başa çatıb”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında keçirilən hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, 1993-cü ildə AXC-Müsavat hakimiyyətində problemdən istifadə edərək Ermənistan torpaqlarımızı işğal edib: “Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ Azərbaycanın torpağıdır. BMT və digər beynəlxalq təşkilatlar bununla bağlı bir çox qərar və qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində göstərilir ki, erməni silahlı qüvvələri işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr indi də qüvvədədir".

Ali Baş Komandan qeyd edib ki, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədilib: “600-dən çox qoca, uşaq, qadın qətlə yetirilib, 1000-dən çox insan itkin düşüb. Bu gün 10 ölkə Xocalı soyqırımı rəsmən tanıyıb. Azərbaycan heç vaxt işğalla barışmayacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik və buna nail olmuşuq. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sıralarındadır. Güclü ordunun yaradılması üçün güclü iqtisadiyyatımız olmalıdır. Son 15 ildə Azərbaycan qədər iqtisadi sahədə inkişaf edən ölkə olmayıb. İqtisadiyyatımız 3,2 dəfə artıb. Azərbaycan bu gün iqtisadi baxımdan özünü rahat hiss edir. Biz öz hesabımıza yaşayırıq və heç bir yerdən yardım almırıq. Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran məqsədlərə yönəldirik. Bunların arasında ordu quruculuğu əsas yerdədir. 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artıb”.

Dövlət başçısı nəzərə çatdırıb ki, son illər onlarda hərbi şəhərcik yaradılb: “Hərbi şəhərciklərin 80 faizi son illər yenidən tikilib və təmir edilib. Sonrakı 2-3 il ərzində bütün hərbi şəhərciklərimiz təmir olunacaq. Hərbçilərin mənzil-məişət məsələləri həll olunur. Orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Hərbi hissələrdə bu gün 20 mindən çox mülki vətəndaş çalışır. Biz artıq əsgərləri məişət işlərindən azad etmişik”.

635x100

Şərhlər

buzlaq 2018-06-27 10:20:02

Cənab Prezident, birinci mərhələyə 25-30 il getdiyini nəzərə alsaq bəs ikinci mərhələ neçə əsrdən sonra başlayacaq?

Son yazılar