İsrail Qəzzada ölən əsgərlərinin sayını açıqlayıb

İsrail ordusu 17 gün öncə Qəzzəyə hücuma başlayandan indiyə qədər 33 itki verib.

SalamNews-un Əlcəzirəyə istinadla verdiyi xəbərə görə, HƏMAS-ın "əl-Qəssam Batalyonları" İsrail ordusunun 33 əsgərin həlak olması ilə bağlı bəyanatını təkzib edib və indiyə qədər 52 İsrail əsgərini öldürdüyünü deyib.

Qeyd edək ki, İsrail ordusunun daha 3 əsgəri Qəzzənin Xan-Yunis rayonuna hücum zamanı öldürülmüşdülər.

Bu arada İsrail ordusu bir neçə ordu əsgərlərinin və mülki şəxslərinin həbsi barədə məlumat yayıb. Məlumata əsasən, əsgərlər, ordunun rəsmi bəyanatından öncə Qəzzəyə hücum zamanı ölən əsgərlərinin sayını sosial şəbəkələr vasitəsilə paylaşıb və məlumat yayıblar.

Xatırladaq ki, İsrail ordusu 2008 və 2012-ci illər ərzində Qəzzaya hücumu zamanı bu qədər itgi verməmişdi. İsrail ordusunun son iki fəftədə bu qədər itgi verməsi daxildən ona olan təzyiqləri artırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar