«Erməni mafiyası»na qarşı genişmiqyaslı əməliyyat - İspaniyada...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İspaniyada «erməni mafiyası»na qarşı genişmiqyaslı əməliyyat başlanıb. Bu barədə, «Mossos d'Esquadra» Kataloniya hüquq-mühafizə orqanları «Tvitter»də xəbər verirlər.

«Milli polislə birlikdə erməni mənşəli və narkomafiya, silah alveri, tütün qaçaqmalçılığı, çirkli pulların yuyulması, idman oyunlarında korrupsiya və digər maddi cinayətkarlıq əməlləri ilə əlaqəli cinayətkar qruplaşmaya qarşı bütün Avropada əməliyyat aparırıq» - deyə, Kataloniya polisi xəbər verir.

İspaniya KİV-nin məlumatına görə, əməliyyatın gedişində Barselonada, Madriddə, Valensiyada, Albasetdə və digər şəhərlərdə axtarışlar aparılır. Ehtimal edilir ki, ümumilikdə, 70 axtarış tədbiri həyata keçiriləcək və 100 nəfərdən artıq adam həbs olunacaq.

Söhbət, Avropadakı erməni mənşəli nəhəng cinayətkar qruplaşmadan gedir. Şübhəli bilinənlərin ABŞ, Fransa, Belçika, İtaliya və Litva ilə əlaqələi var.

Hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla, «El Pais» qəzeti xəbər verir ki, bu əməliyyat Gürcüstandan olan qruplaşmanın - Şuşanaşvili qardaşlarının və erməni mənşəli qanuni oğru Erik Caginyanın fəaliyyətinə nöqtə qoyacaq.

Təhqiqatlar 2016-cı ildə Tarrasda (Kataloniya) həyata keçirilmiş «ikiqat qətl»dən sonra başlanıb.

Bu xəbərdə bir məqama diqqət yetirmək pis olmazdı - xaricdə gürcü və erməni mafiyaları əksər hallarda, birgə fəaliyyət göstərirlər...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar