Rusiyanın 2 hərbi təyyarəsi su altında qaldı - Video

Rusiyanın Sibir bölgəsindəki Maqadan şəhərində aramsız yağan yağışlar sellə nəticələnib.

Axar.az xəbər verir ki, Rusiyanın uzaq şərq bölgəsindəki Xabarovsk, Yakutiya, Yevreysk və Maqadanda fövqəladə vəziyyət elan edilib.

Yağan leysan yağışlarından ən çox Maqadan şəhəri əziyyət çəkib.

Sel nəticəsində abidə kimi qorunan iki döyüş təyyarəsi də su altında qalıb. Yüzlərlə vətəndaşın evlərini tərk edərək təhlükəsiz sığınacaqlara aparıldığı bildirilir.

Qeyd edək ki, tarixində ən güclü yağışını görən şəhərdə hər kvadrat metrə 175 mm yağış düşdüyü bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar