“ONUN NƏYİNİ TƏBRİK EDƏCƏM?” - Kamal Kılıçdaroğlu sükutunu pozdu

CHP lideri Kamal Kılıçdaroğlu seçkidən sonrakı sükutu pozub. O, bu gün həm seçki ilə bağlı, həm də istefa verəcəyi haqda yayılan şayiələrə cavab verib, Ərdoğan iqtidarını şantajda ittiham edib.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçdaroğlu bu gün partiyasının toplantısını keçirdikdən sonra mətbuatın önünə çıxb.

CHP lideri bütün səs verənlərə təşəkkür edərək, bildirib ki, AKP iqtidarı fövqəladə vəziyyətdən sui-istiafə etməklə yetinməyib, həm də bütün inzibatı resursları ilə rəqiblərinə basqı qurub, onları şantaj edib: “Bələdiyyə, icra başçıları, təhlükəsizlik gücləri, televiziyalar, mətbuatın 95 faizi AKP iqtidarının nəzarətindədir. Bütün bu basqılara rəğmən, CHP təşkilatları vacib və böyük işlər gördülər. Qorxunu aradan qaldırdılar, ürəkli və cəsur davrandılar. Biz bu seçkidə AKP-nin 7 faiz səsini itirməsinə nail olduq. AKP-nin səsi 49,5-dən 42,5-ə endi. Bu, bizim üçün çox önəmlidir”.

CHP lideri deyib ki, iqtidar partiyasının parlamentdə çoxluğu itirməsi isə böyük hadisədir: “Dünənin tək adamı bu günün artıq topal ördəyidir. Daha hər istədiyini edə bilməyəcək. Parlamentin etibarını biz qoruyacağıq. Millətin bizə verdiyi səlahiyyətin hansı anlama gəldiyini yaxşı bilirik”.

Kılıçdaroğlu deyib ki, bu seçkinin tək uduzanı var, o da AKP-dir: “Təkrar edirəm, AKP 7 faiz itirməklə, tək uduzanın olduğunu sübut edib. Qazanan isə demokratiyadır. Bu nəticəni asan əldə etmədik. Hansı proseslərdən bu günə gəldiyimizi hamının dəqiq təhlil etməsi lazımdır”.

Kamal Kılıcdaroğlu Ərdoğanı təbrik etməyəcəyini də deyib: “Demokratiyaya inanmayan bir insan təbrik edilməz. Qanunverici və icraedici orqanları özünə bağlayan biri təbrik edilməz. Onun nəyini təbrik edəcəm? Bir partiyanın sədri olaraq məhkəmələrə hakim təyin edir, onumu təbrik edəcəm? Bir diktatorun nəyini təbrik etməliyəm ki?”.

CHP lideri AKP sözçüsü Mahir Ünalın “Muharrem İncə CHP-nin təbii lideri oldu” açıqlamasında da şərh verib:

“Mahir bəy öz partiyasında çevriliş edildiyi zaman haradaydı? 49,5 faiz səs alan bir partiyanın sədri saraya çağırılıb, istefaya məcbur ediləndə, harda idi bu Mahir Ünal? Biz birilərinin təlimatı ilə əl qaldırıb, endirən partiyalardan deyilik”.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2018-06-26 16:46:23

Bay Kamalın bu son çıxışı,onun nə qədər bittiyinin bariz nümunəsidir. İnsan uduzanda da kişi kimi uduzar və etiraf edər. Sən bu baxımdan Sayın İnce kadar olmadın belə. Səndə zərrə qədər ar və namus varsa derhal istefa verməlisən. Estafeti ise artıq Sayın İnceye vermelisen. Gerizekalı. Sen artıq deyirmende çuvalçı bele olmazsan.

Son yazılar