Azərbaycan XİN başçısının müavini Ermənistana səfər edəcək

İyunun 27-də Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Bu barədə "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O əlavə edib ki, əlifba sırası əsasında rotasiya qaydalarına uyğun olaraq, QDİƏT-də sədrlik Azərbaycan Respublikasına keçəcək və nazir müavini Mahmud Məmməd-Quliyev sədrliyi qəbul edəcək.

635x100

Şərhlər

Alik 2018-06-26 16:44:50

Maxmud Mammad-Kulyev hem de xarici ishler nazirinin diger müavini Nadir Huseynovun dogmaca emisioglu ve onun patronudur.

Son yazılar