GÖMRÜK KOMİTƏSİNDƏ ŞOK DƏYİŞİKLİK - Bakı gömrüyünün rəisi yenə dəyişdi!

Dövlət Gömrük Komitəsində kadr dəyişikliyi olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "APA-Economics"'ə verilən məlumata görə, Rəşad Babayev Tovuz Gömrük İdarəsinin rəisi təyin edilib. R.Babayev bu təyinatadək Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, R. Babayevdən əvvəl Tovuz Gömrük İdarəsinin rəisi Kənan Məmmədov olub. O, Bakı Baş Gömrük İdarəsinin rəisi təyin edilib.

***

Dövlət Gömrük Komitəsində maraqlı bir yerdəyişmə baş verib. Heç 1 ay deyil ki, Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunan İsmayıl Hüseynov (May ayının 29-da bu vəzifəyə təyin olunmuşdu-red.) bu gündən etibarən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini kimi fəaliyyətə başlayıb.

İsmayıl Hüseynovun Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunması və birinci müavin təyin olunması barədə sərəncamlar rəsmən elan olunmayıb. Lakin bu dəqiqdir ki, İ.Hüseynov Bakı Baş Gömrük İdarəsini tərk edib və Gömrük Komitəsində işə çıxır.

Bakı gömrüyünə kimin rəhbərlik edəcəyi dəqiqləşməyib. Bəzi məlumatlara görə bu vəzifəyə Tovuz Gömrük İdarəsinin rəisi Kənan Məmmədov təyin olunub. Lakin Bakı Baş Gömrük İdarəsindəki mənbələr onun hələ ki, işə çıxmadığını bildirirlər.

İsmayıl Hüseynov

Xatırladaq ki, may ayının 29-da Bakı Baş Gömrük İdarəsinin məşhur rəisi, gömrük xidməti generalı Vüsal Novruzov sərəncama götürüldükdən sonra Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov Bakı gömrüyünə rəis gətirilmişdi.

İ.Hüseynovun belə qısa müddətdən sonra Gömrük Komitəsində ikinci posta irəli çəkilməsi maraqlıdır və Komitə sədri Səfər Mehdiyevin ona böyük etimadından xəbər verir.

Qeyd edək ki, İsmayıl Hüseynovun Gömrük Komitəsi sədrinin birinci müavini təyin olunması barədə məlumatı ilk dəfə Unikal.org saytı verib.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

EAllah adami 2018-06-27 13:18:40

Miya mania sarhimi yazmadiniz? Ismail sizeda Salam aloykum eyladi?

Amon 2018-06-27 13:18:40

oz basina qerar verib teyinat heyata kecirib qulagini burublar burda qeyri adi ne varki

Halal olsun 2018-06-27 13:18:40

Xeyirli olsun Ismayil muellim cox gozel insandi..Allah ugurlarinizi bol elesin Inwallah

NURəddin 2018-06-27 13:18:40

MİLLƏTƏ HEÇ BİR XEYİRİ DƏYMƏYƏCƏK. ALLAH ŞƏRİNİ XALQIMIZIN ÜSTÜNDƏN UZAQ TUTSUN.

Obyektiv 2018-06-27 13:18:40

Komruk sisteminde koklu (struktur) islahatlar aparilmalidir.. Yoxsa filankesi bu yagli yerden o biri vezifeye kechdi kimi "vixodkalar" ish hell elemirdi.. Eger (normal) sahibkardan komrukde chkx pul tutulursa, onunchun ne ferqi var ki o bunu bele itirdi ya rusum sheklinde.. Netice etibarile bu yene sade kutlenin yukunu artirirdi, mallari satishda neche qat bahasina qoyacaq! Komrukde ve vergiler-de o qeder idare ve sektorlar var ki, hech Nazirler kabinetinde, BMT-de bu qeder idare ve shobeler tapmazsan.. )

Cəmşid Dərələyəzli 2018-06-27 13:18:40

Bu dəyişilkilərin önəmi yoxdur.Əməllər dəyişməlidir və bunu sahibkarlar Kömrüyə gedəndə hiss etməlidir.Kiçik bir eyibəcərlik. BakTamojnuda sahibkar bir başa maliyyəçilərlə şüşə arxası təmasda olmalıdır. Yox ki, sənəd qəbul edildikdən sonra İnispektor makler sayağı sıçan pişik oynamalıdır. Siz təsəvvür edin elə maliyyəçi var sənədlərdən anlayışı yoxdur. Bu başa düşmədiyini sahibkardan soruşmalıdır. Saatlarla sənəd əlində gedir -gəlir. Utancverici

Son yazılar