İranın baş prokuroru qadın azarkeşləri hədələdi - "Bu, inqilaba xəyanətdir"

“AzPolitika.info” xarici mətbuata istinadla bildirir ki, İranın baş prokuroru ölkə yığmasının DÇ-2018-dəki oyunlarına qatılan qadın azarkeşləri kəskin şəkildə tənqid edərək, hədələyib.

İngiltərənin "Daily Mail" nəşri yazıb ki, iranlı qadın azarkeşlərə 1979-cu ildən bu yana ilk dəfə olaraq, futbol matçını izləməyə rəsmi icazə verilib. Bildirilir ki, 1979-cu il İslam İnqilabından sonra qadınların futbol oyunlarına buraxılmasına stadionlarda söyüş söyülməsi və digər səbəblər əsas gətirilərək, qadağa qoyulub. Lakin son zamanlar bu qadağanın aradan götürülməsi üçün ölkədə müxtəlif kampaniyalar aparılıb. Hətta ölkə prezidenti Həsən Ruhani də bu qadağanı tənqid etmişdi.

Lakin hələ də ölkədə güclü olan mühafizəkar qüvvələr bu qadağanın aradan götürülməsinə imkan vermir. Və İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri də onlarla eyni fikirdə olduğunu göstərərək, iranlı qadın azarkeşlərin Portuqaliya yığması ilə son oyunda tribunadakı davranışlarından hiddətləndiyini bildirib:

“Bəzi qadınlar baş örtüklərini çıxararaq, oxumağa və oynamağa başlayıblar. Bu, bizim şəhidlərə qarşı hörmətsizlik və inqilaba xəyanətdir. Onlar öz şeytan siyasətlərini yürüdəcəklərini düşünürlərsə, səhv edirlər”.

İndi İrana qayıdacaq həmin qadın azarkeşləri hansı cəza gözlədiyi barədə bir şey deyilmir. Jurnalistlərin qadınların futbol matçlarına stadiondan baxmasına qoyulan qadağanın nə zaman tam şəkildə götürüləcəyi barədə İranın hökumət təmsilçilərinə ünvanladıqları sorğuya isə cavab verilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar