"Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır" - Levan İzoriya

"Gürcüstan və Azərbaycan strateji tərəfdaşdırlar".

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın müdafiə naziri Levan İzoriya Azərbaycanın Gürcüstandakı səfirliyinin Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə təşkil etdiyi rəsmi qəbulda deyib.

Nazir bildirib ki, hər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq regionda inkişaf və təhlükəsizliyə xidmət edir: "Gürcüstan, Azərbaycan və Türkiyə arasında uğurlu üçtərəfli əməkdaşlıq mövcuddur".

L.İzoriya Azərbaycan ordusunun 100 illik yubileyi münasibətilə təbriklərini ifadə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar