Şəkidə 8 hektar biçilməmiş, 257 hektar isə biçilmiş taxıl sahəsi yandı

Şəkidə taxıl sahələrində yanğın olub, 8 hektar biçilməmiş taxıl sahəsi yanıb.APA-nın məlumatına görə, bu gün günorta saat 15:45 radələrində rayonun Turan qəsəbəsinin inzibati ərazisində, 17 radələrində isə rayonun Cəyirli kəndinin inzibati ərazisində taxıl sahələrində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

FHN-in Şəki rayon DYMH-dən sayta bildirilib ki, Turan qəsəbəsində baş verən yanğın nəticəsində 8 hektar biçilməmiş taxıl, 250 hektar biçilmiş taxıl və 0,3 hektar ərazidə üzüm tənəkləri yanıb.

Çəyirli kəndində isə 7 hektar biçilmiş taxıl sahəsi yanıb. Yanğın baş verən ərazilərdə alovun daha da genişlənərək biçilməmiş taxıl sahələrinə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar