Ukrayna separatçılar arasında azərbaycanlıların olduğunu bəyan edib

Luqansk vilayətində 18 nəfər silahlı əsir götürülüb

Ukraynanın Luqansk vilayətində gedən döyüşlərdən sonra 18 nəfər silahlı əsir götürülüb.

APA-nın məlumatına görə, bunu “Azadlıq Radiosu”na açıqlamasında “Şimal” operativ komandanlığının mətbuat katibi Anatoliy Proşin deyib.

O bildirib ki, əsir düşənlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır – ruslar, çeçenlər və bir nəfər osetin.

A .Proşin onların arasında azərbaycanlıların və bir nəfər Serbiya vətəndaşının olduğunu da əlavə edib.

“Silahlırar düşünürdülər ki, ukraynalı əsgərlər onları öldürəcəklər. Lakin dindirmədən sonra məhkəməyə aparılanda, təəccübləndilər”, - deyə o vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar