Kılıcdaroğlu İncəni hədələdi - "Kreslo sevdalılarının partiyada işi yoxdur"

Son seçkilərdə məğlub olan CHP-də başqan partiyanın prezidentliyə namizədini üstüörtülü hədələdi

Türkiyədə keçirilən son prezident və parlament seçkilərinin məğlubu, ana müxalifət Cümhuriyyət Xalq Partiyasında siyasi ziddiyətlər artıb.Xatırladaq ki, CHP partiya olaraq bu seçkidə 22% səs alıb. CHP-nin prezidentliyə namizədi Muharrem İncenin aldığı səs partiyasından 8 faiz çox olub.

Bütün bunlara görə partiya içində başqan Kamal Kılıcdaroğluna qarşı istefa çağrıları başlayıb. CHP başqanı seçkidən sonra ilk mətbuat konfransını keçirib və gözlənildiyinin əksinə istefa verməyəcəyini açıqlayıb.

Kamal Kılıcdaroğlunun seçkinin əsl məğlubunun iqtidardakı Ədalət və İnkişaf Parityası (AK Parti) olduğunu söyləməsi hər kəsin təəccübünə səbəb olub.

“Ak Parti bu seçkidə 7 faiz səs itirib və məğlub olub, qazanan isə demokratiyadır”,-CHP başqanı deyib.

Mətbuat konfransında bir müxbirin partiyanın aldığı səslərin Muharrem İncenin əldə etdiyi nəticədən  az olması ilə bağlı verdiyi suala Kamal Kılıcdaroğlunun cavabı sürpriz olub.

806x378-kilicdaroglu-incenin-oy-orani-tahminini-acikladi-1528225749123.jpg (36 KB)

O, əksinə, Muharrem İncenin gözləntilərin altında qaldığını bildirərək onu tənqid edib: “Muharrem bəy partiya nişanını çıxarıb yaxasına Türkiyə bayrağını taxdı. Onun partiyadan yüksək səs alması gözlənilən idi. Lakin daha çox səs alması gərəkirdi. Gözləntilərin altında qaldı”.

CHP başqanı Muharrem İncenin başqanlıq iddiasına göndərmə edərək onu üstüörtulü şəkildə təhdid edib: “9 ay sonra bələdiyyə seçkiləri gəlir. Hər kəs buna hazırlaşmalıdır. Kreslo sevdalılarının partiyada işi yoxdur”.

Türkiyənin Sabah qəzetinin verdiyi statistikaya əsasən bu seçkini CHP üçün əsl fiyasko hesab etmək olar. CHP 81 vilayətin 50-də səslərini itirib. Üstəlik partiyanın alınmaz qalaları hesab olunan yerlərdə ümid etdiyi dəstəyi almayıb.

CHP sədri seçkilərin qalibi Rəcəp Tayyip Ərdoğanı təbrik etməyəcəyini də söyləyib. Onun fikrincə, seçki prosesi ədalətli keçmədiyi üçün prezidentə hər hansı təbrik düşmür.

Mətbuat konfransının ardından CHP içindəki müxalif səslər də sosial şəbəkələrdə qəzəblərini ifadə ediblər.

Müxlaif üzvlər Kamal Kılıçdaroğluna vaxtilə, 2011-ci ildə atdığı “Bir başqanın partiyanın başında olduğu müddətdə səsləri azalırsa o istefa verməlidir. Demokratiyada qayda budur”, tvitini yadına salıblar...

CHPnin 2011 TVİTİ.png (17 KB)

Muharrem İnce isə Kamal Kılıçdaroğlunun keçirdiyi mətbuat konfransından sonra tvitter hesabında Türkiyənin 81 vilayətinin hamısını gəzməyə başlayacağını elan edib...

Siyasi ekspertlər bunu Muharrem İncenin başqanlıq yarışına girmək niyyəti olaraq təhlil edirlər. (musavat.com)

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar