«Norveç sahillərində hərbi təlim Rusiyaya bir siqnaldır» - Amerikalı admiral

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələrinin (HDQ) qərargah rəisi, admiral Con Riçardson «NRK» teleşirkətinə bəyan edib ki, bazar ertəsi Norveçin şimalında başlanmış hərbi təlimlər Rusiya üçün bir siqnal olmalıdır. Belə ki, Vahinqton və Oslo hərbi əməkdaşlığı möhkəmlədir.

Bu il ŞimaliAalantika alyansının «Dynamic Mongoose» adı altında illik təlimləri Tromsyö yaxınlığında keçirilir və iyulun 6-a qədər davam edəcək. Təşkilatçıların məlumatına görə, təlim çərçivəsində 7 gəmi, 3 dəniz-patrul təyyarəsi və 2 sualtı qayıq dənizə çıxarılıb. Norveç və ABŞ-dan başqa, təlimlərdə Danimarka, Almaniya, Polşa, Niderland, İspaniya və Türkiyə də iştirak edir.

Admiral Riçardsonun fikrincə, ABŞ və Norveçin hərbi əməkdaşlığı möhkəmləndirməsində təəccüblü heç nə yoxdur. «Onlar buna bir siqnal kimi baxmalıdırlar ki, biz həmkarlığımızı möhkəmlədirik» - deyə, xəbərdə admiraldan sitat gətirilir. O, həm də əlavə edib ki, təhlükəsizdik problemləri və iqlimin dəyişməsi səbəbilə, şimal bölgələrinə maraq xeyli artıb.

Norveçin müdafiə naziri Frank Bakke-Yensen isə qeyd edib ki, məhz bölgədə təhlükəsizlik baxımından yaranmış situasiya NATO-u fəallaşdırıb. «Beş-altı il bundan əvvəl hər şey sakit idi, amma indi elə deyi. Və burada məsələ təkcə Rusiyada da deyil - situasiya daha artıq qeyri-müəyyən olub» - deyə, nazir bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar