Bakıda böyük tıxac 

Paytaxtın ən böyük prospektində dəhşətli tıxac var.

“Qafqazinfo” xəbər verir ki, iki saatdır ki, Heydər Əliyev prospektinə birləşən yollarda hərəkət iflic vəziyyətindədir. Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, tıxac Zabrat yoluna qədər davam edir. Belə ki, Sabunçu dairəsinə qədər davam edən tıxacda sürücülər iki saatdan çoxdur ki, yolda olduqlarını deyiblər. Yolun hər iki tərəfində gediş-gəliş dayandırılıb.

Bakı kəndlərindən şəhərə doğru avtobusla gələn sərnişinlər isə marşrutlardan düşərək piyada gedirlər.

Sürücülər tıxacın səhər saatlarında baş verən bir neçə avtomobil qəzası ilə bağlı olduğunu bildirsələr də, hələ ki, yolun nə səbəbə bağlanması ilə bağlı rəsmi məlumat yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar