BANKDA MİLYONLARI OĞURLANAN VƏZİFƏLİLƏR MƏLUM OLDU - "Bank rəhbərliyilə əlbirdir"

“Günay Bank”ın keçmiş sədr müavini Emin Zeynalovun banka əmanət olunan 100 milyon manatın hansı vəzifə sahiblərindən mənimsəməsi bilinir. Bu haqda redaksiyamıza daxil olan məlumanatda deyilir ki, ümumilikdə bankda əmanəti mənimsənilən 42 nəfər var. Onların sırasında yüksək vəzifəli şəxslər üstünlük təşkül edir.

Həmin şəxslər istintaqda sorğu-sual olunmaqdan vaz keçmək üçün əmanətlərinin ələ keçirilməsi haqda hüquq mühafizə orqanlarına məlumat verməyə tələsmirlər. Bununla belə Emin Zeynalovun hansı vəzifə sahibinin “Günaybank”dakı hesabından nə qədər ələ keçirdiyi məlumdur. Bundan başqa bankda 100 milyon manatın mənimsənilməsində yalnız sədr müavinin iştirak etmədiyi haqda iddialar da güclənməkdədir.

“Yeni Müsavat”a daxil olan məlumatda iddia olunur ki, Emin Zeynalovun etdiyi bu cinayət əməllərinin heç biri özbaşına edilmiş işlər deyil. Hər birində ən azı atası Zakir Zeynalovun köməyi və “yol göstəriciliyi” vardır.

Картинки по запросу günay bank 100 milyon

“Emin Zeynalov düz 15 gün gizləndi, halbuki onu bütün respublikada axtarırdılar. Yalnız mətbuatda məlumat çıxan kimi atası tez onu təslim etdi. Hansı atası ki, vəzifədən atıldıqdan sonra hökumətin gözünə girmək, yenidən vəzifə əldə etmək üçün başqa dildən kitabları tərcümə etdirərək, öz adından yayımlayıb çap etdirirdi. İndi də oğlunun əməllərini ört-basdır etməklə, qurulan piramidaya nəzarət etməklə məşguldur. Əlindəki hər şeyini itirmiş, özünü yazıq kimi göstərməyə çalışan Zakir Zeynalov, əslində əlbir olduğu bank rəhbərliyi ilə planını icra edir. Hər dəfəsində “bankla borcumuzu bağlamışıq”, deyən Zakir Zeynalov, indi də Eminin ətrafındakı bir çox insandan güc vasitəsi ilə ələ keçirdiyi əmlakları yenə də “Günaybank” adına keçirməklə, bir sözlə özünü sığortalamaqla məşğuldur.

Yəni, “baxın ey borc sahibləri, əlimdə heç bir şey yoxdur, sözü olan getsin bankın üstünə”, - deyir və çox gözəl bilir ki, heç kim bank adına keçirilmiş əmlaklar vasitəsi ilə, Emin Zeynalovun oğurladığı pulları geri qaytara bilməyəcək. Bir sözlə Zakir Zeynalov, bank sədri olduğu illərdə “yığmış olduğu” milyonlar dəyərindəki sərvətini heç kimə vermək fikrində deyil. Hamısını bankın adına keçirərək, borc sahibləri ilə böyük oyun oynayır. Çünki, bütün bu planın sahibi, qurucusu, icraçısı elə Zakir Zeynalovun özüdür. 29-30 yaşlı gənc, zəif təbiətli bir insanın bu qədər saxtakarlıq və cinayəti tək başına icra etdiyini düşünmək, əlbəttə ki, gülünc olardı. Məqsədləri pulları mənimsəyərək özlərini də zərərçəkmiş kimi göstərmək və zamanı gəldikdə banka “danışılmış” əmlakları geri qaytararaq oz “lüks” həyatlarına davam etməkdir” – deyə mənbəmiz qeyd edib.

Картинки по запросу bank fırıldaq

Yada salaq ki, bundan əvvəl yayılan iddialara görə Emin Zeynalov 100 milyon manatı deyil əslində qat-qat az vəsaiti ələ keçirib. Sadəcə, onu “yükləyiblər”. 3 milyon manatı mənimsədiyini müəyyən edib, onu fakt qarşısında qoyublar. İzah ediblər ki, qanun qarşısında 3 milyonu mənimsəyənlə 100 milyonu mənimsəyən arasında fərq yoxdur. Yəni 100 milyonluq bir yeyintini boynuna götürüb “içəri” gedir və bir neçə il sonra mənimsədiyi 3 milyonla rahat həyatını yaşayır...

Bu qalmaqallı bank işi üzə çıxdığı ilk günlərdə mətbuatda E.Zeynalovun ölkədən qaçması və barəsində axtarış elan olunması barədə məlumatlar yayılmışdı. Sonradan bu məlumatlar təsdiqini tapmadı. E.Zeynalov tutduğu vəzifədən azad edildikdən qısa müddət sonra mənimsədiyi pulu qaytarmadığı üçün onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi xəbəri ictimiləşdirildi. Sanki hər şey əvvəlcədən hazırlanan ssenari üzrə gedir(musavat.com).

635x100

Şərhlər

EWDER 2018-06-27 10:35:51

ESAS INKIWAFDU...YAVAWDAMAQ OLMAZ.AZERBAYCANDA NE VAR KI,BANK DA OLSUN.NAQILLAR ,YALANLAR OLKESI .WIROKO WAQAET AZEABAYCAN...

Bashirov Qarib 2018-06-27 10:35:51

Nə gözəl ölkəmiz var.Yəqin ki,əmanıtlır Sıgorta fondundan ,yəni dövlət tərəfindən ödəniləcək. Belə bir qanun var ,həm də çox işlək qanundur.Xaricdə təhsil alan minlərlə tələbənin xərclərini ödəmək uçun budcədə 20 milyon pulun olmaması və bu minlərlə savadlı şəxslərin həyatlarınin qaralması ,gənclərin acı talehi yadıma duşdu.Bu gözəl ölkəmizi cəhənnəmə döndərənlərə ayıb olsun.

G.M 2018-06-27 10:35:51

Azərbaycanda B= baş bankirimiz E.Rüstəmov həmişə məhsuliyətdən kənarda qalır..Guya ki,bu əndrabadi yeyintilərdən xəbərsiz olub.Hətta o qədər təmiz adamdır ki,Cavanşir Məmmədov qədər də imkanı yoxdur ki,başına tük əkdirtsin)))

Turan 2018-06-27 10:35:51

Sohbet uyduranda, hec olmasa ele etmek lazimdir ki inandirici olsun! Biraz bank ishinden bashi cixan gorurki nagil sohbetdir! Bir sheyi duz yaziblar ki ata bala yaxshi plan qurub, kimlerdense pul goturubler, qaytarmirlar ve isteyirler atsinlar bankin boynuna. Yaxshi da pul herclenib bu meseleye, bir deqiqeye butun saytlar tirajlayirlar eyni yazini:)). 100 milyondan mesele dushdu 3 milyona, tezeden qalxdi 100 milyona. Evvel ofsordan danishirdilar indi emlakdan.

Son yazılar