ÖLÜMÜN QARŞISINDA ACİZ QALAN MƏMUR QALALARI... – Fotolar

Sosial şəbəkələrdə mərhum müdafiə sənayesi naziri Yavər Camalovun dəfnindən çəkilmiş fotolar geniş müzakirələrə və mübahisələrə yol açıb. Səbəb isə sabiq nazirin nəşinin götürüldüyü məkanın, yaşadığı evin 6-7 metr hündürlükdə hasarla əhatələnmiş möhtəşəm bir imarət olmasıdır.

İlk baxışdan hansısa strateji əhəmiyyətli dövlət obyektinin inzibati binası və onu əhatə edən ərazisini xatırladan bu məkan sabiq nazirin Bakıdakı eviymiş. Təkcə fotolardakı hasarın ölçüləri və ümumi görüntüsü bu ev haqda ümumi təsəvvür yaratmağa tam imkan verir. Elə sosial şəbəkə istifadəçiləri də mərhum nazirin özünü, həyatını və xidmətlərini bir kənara qoyaraq, həmin imarəti müzakirə edirlər...

Əlbəttə ki, kimliyindən asılı olmayaraq, dünyasını dəyişən insanın ruhuna ehtiram milli, mənəvi və dini dəyərlərimizə görə, boynumuzun borcudur. Ancaq bəzən insanlarımız yazdıqları şərhlərdə əndazəni aşaraq, bu dəyərlərimizə məhəl qoymurlar. Sözsüz ki, bu yanaşma yolverilməzdir. Çünki ən azından bu şəxsin ölkəmizin müdafiə sənayesinin qurulmasında danılmaz xidmətləri olub və ümumiyyətlə, dəyərlərimiz haqq dünyasına qovuşan insana qarşı yalnız müsbət münasibəti tələb edir.

Ancaq eyni zamanda, bu müzakirələr bir daha hazırda vəzifədə olan, gözü ayağının altını görməyən, hamımızın olmalı olan sərvətlərimizə qənim kəsilən, insanlarımızın haqqını yeyərək, hesabını itirdikləri milyonlara sahiblənən və gözü doymaq bilməyən, bir sözlə, dünyanın faniliyini görməzdən gələnlərə bir dərs olmalıdır. Bu gün imarəti Y.Camalovun mülkündən çox-çox böyük və möhtəşəm, hasarları isə daha hündür və əzəmətli olanlar var. Onlar anlamalıdırlar ki, ölüm maneələr, hasarlar tanımır, kasıbın qapısını döydüyü kimi, istənilən an varlıya da qonaq gələ bilər və bu zaman tikdirdikləri hasarların nə eni, nə də hündürlüyü onları xilas etməyəcək.

Eyni zamanda, bu hasarlar hazırkı Azərbaycan məmurunun acgözlüyünün, görməmişliyinin və kasıb camaata meydan oxuyurcasına harınlıq nümayişinin təzahürüdür. Onların hündürlüyü isə məmləkətimizdə varlı ilə kasıbın arasına hörülmüş gözlə görünməyən divarın materiyadakı inikasıdır.

Hamı bilir ki, bu hasarlar nazir, məmur maaşına tikilmir və bütün bu imarətlərin arxasında xalqdan oğurlanmış pullar dayanır. Ancaq cəzasızlıq və arxayınçılıq o həddə çatıb ki, oğurladıqlarını gizlətməyi belə özlərinə yaraşdırmırlar. Bircə həmin hasarların üzərinə “əcəb edirəm!” yazmaları qalıb. Hansı ki, bu məmurlar və onların ətrafındakıların hərəsi təkcə hasarlarının hündürlüyünü 20-cə santimetr az etsələr və buradan qənaət edilən vəsaitlər toplansa, pul dərdindən əməliyyata girə bilməyən, valideynləri ixtiyar sahiblərinə yalvaran, televiziyalara çıxıb varlılardan mərhəmət uman, gözü xəstəxana qapılarında qalan neçə-neçə xəstə uşağın həyatını xilas etmək olar...

Əslində, bu hasarların hər biri Azərbaycandakı sosial ədalətsizliyin şərəfinə ucaldılmış bir “abidədir”. Ancaq belə mülklər əgər məmurların özləri üçün qürur mənbəyidirsə, korrupsiya, çirkli pulların yuyulması, məmur özbaşınalığı ilə mübarizə aparmalı və sosial ədaləti təmin etməli olan hüquqi dövlət və cəmiyyət üçünsə sadəcə, utanc yeri olmalıdır. Ümumiyyətlə, əksər məmurlarımızın istər toy, istərsə də yas mərasimləri çox vaxt bütün əndazələri aşır. Belədə gərəkdir ki, korrupsiyanın qarşısı alınmırsa, heç olmasa onun nəticələrinin millətin gözünə soxulmasının qarşısı alınsın...

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

muellime 2018-06-27 13:03:28

Olub, Allah rehmet etsin! Biz - Xalq her seyi bilirik! Bes sade insanlari bu gun terror edenler ,nece edaletden, demokratiyadan, duzlukden danisir! Hakim daireler niye bunlari gormeyir, yada gormek istemir! Cavab? --- Seriklik! Basqa soz yersizdi! Bu gun cemiyyetde medeni terrora meruz qalan bir kutle var, Muellimler! Duoqnostik Qiymetlenme bali adi altinda onlari ayda 100 manat maasa isletmek texnikasini tekmillesdirirler! Fikirlesirem goresen Nazirleri, Deputatciqlari da test edirler Esla yox! Gormedik

Bayram 2018-06-27 13:03:28

Niyə əminliklə deyirsiniz bu işlər məmur maaşına edilmir. Sabiq nazir Əli Abbasov özü etiaf etmişdir ki ayda ən azından 300 000 manat paket + dövlət maaşı qədər gəlir əldə və özü də bu 300 000 manatdan 1 qəpikdə gəlir vergisi vermir. Hələ mən digər gəlirləri demirəm. İndi mən soruçuram ayda ən azından 305 000 manat pul alan məmurun hasarı ayda 500 manat müəllimin hasarı hündürlükdə olmalıdır?

Mirzə AĞ 2018-06-27 13:03:28

"Hüquqi dövlət"də belə olur dəəə...

Nəbi 2018-06-27 13:03:28

BU QALALAR TALANÇI MƏMURLARIN VARİDATLARININ ANCAQ GÖRÜNƏN KİÇİK BİR HİSSƏSİDİR. 5-3 FAİZİ.

Veteran 2018-06-27 13:03:28

Hele ustelik pulemyot qoymaq ucun yer de nezerde tutulub )))

ayzek 2018-06-27 13:03:28

əzrayılın qarşısında heç bir qala və ya sədd dayana bilməz!

EWDER 2018-06-27 13:03:28

HARAM PULLARA TIKILEN HASARLAR,EVLER,MULKLER VE S.OZULE APARA BILDI.EH NE ISE....AZERBAYCAN

Samir Mehemmedli 2018-06-27 13:03:28

GELECEY NESILLER BUNU YAVER QALASI KIMI TANIYACAQ

t.ədalət 2018-06-27 13:03:28

Məmurlar büdcəni də talayıblar.Ordunun 100 illiyi ilə bağlı tədbirlər keçirildi,ancaq pensiyada olan hərbiçilərə onları sevindirmək üçün verməyə pul tapılmadı.Adını da qoydular ki,guya artım hesablanır.Artım haqqında sərəncam dörd ay əvvəl olub.Yəni,bu artım elə çoxdur ki,hökumətimiz hesablayıb qurtara bilmir?Təcrübəsiz və bacarıqsız kadrlar irəli çəkildikcə ölkədə qullabılıq çoxalır.

Son yazılar