"Qadınların stadionlara  getməsinin qarşısı alınmalıdır" - Ayətullah

İranlı Mərcəi təqlid Məkareme Şirazi qadınların stadionlara getməsinə qarşı çıxıb.

M.Şirazi “Qadınların stadionlarda izləyici qismində iştirak etməsinin şəriət hökmü nədir?” sualına belə cavab verib:

“Stadionların ümumi vəziyyəti qadınlar üçün münasib deyil və şübhəsiz ki, cavanların azad olması və onların qarışması bir sıra əxlaqi və ictimai problemlərə səbəb olar. Bundan əlavə kişilərin qadınların qarşısında münasib geyimləri olmur. Ona görə də, qadınların stadinlarda izləyici qismində iştirak etməsinin qarşısı alınmalıdır. Onsuz da qadınlar kütləvi informasiya vasitələrində belə proqramları izləyə bilirlər və stadionlara getməyə ehtiyac yoxdur.”

Qeyd edək ki, bir çox ekspertlər (karşünaslar) uzun illərdir İran rejiminin heç vaxt demokratikləşə bilməyəcəyini bildirirlər. Fətvalar üzərində qanun çıxaran sistemin demoktatikləşməsi təbii olaraq mümkünsüz görünür. /gunaz.tv

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar