SƏBAİLDƏ DÖVLƏTİ BELƏ DOLANDIRIRLAR! - Eyni ərazini dövlətə 2-ci dəfə satırlar

Redaksiyamıza Səbail rayonu 2-ci Səlyan Dairəsi adlanan ərazidə aparılan qanunsuz tikintilər barədə maraqlı məlumat daxil olub. Ərazidə yaşayan sakinlərin verdikləri məlumata görə, buradakı qazdolurma məntəqəsinə paralel küçədə 2014-cü ildə dövlət tərəfindən haqqı ödənərək, sökülən evlərin yerində yeniləri inşa olunmağa başlayıb.

Məlumatda deyilir ki, 2014-cü ildə Avropa oyunları ilə əlaqədar yol tikintisi məqsədilə sözügedən ərazidə yaşayan sakinlərə evlərinin bir kvadrat metrinə görə 1500 manat kompensasiya ödənilib və əhali buradan köçürülüb. Bundan sonra ərazidə söküntü işləri aparılsa da, bir müddətdən sonra proses müvəqqəti olaraq dayandırılıb.

İddia olunur ki, bu ilin aprelindən başlayaraq, fürsətdən istifadə edən bir qrup "makler" Səbail Rayon İcra Hakimiyyətilə əlbir olaraq, həmin ərazidə yenidən evlər inşa etməyə başlayıblar. Məqsəd isə bu "gecəqonduları" köhnə adı ilə yenidən dövlətə satmaq və külli miqdarda gəlir əldə etməkdir.

Bu "gecə əməliyyatlarndan" icra başçısı Eldar Əzizovun xəbəri olub-olmadığını söyləmək çətindir. Ancaq sakinlər bildirirlər ki, cəmi 2 gecəyə tikilən və ümumi sahəsi 600-700 kvadrat metr olan evlərdə görüntü üçün artıq yeni sakinlər də yerləşdirilib. Əgər deyilənlər təsdiqini taparsa, bu o deməkdir ki, maxinasiya vasitəsilə dövlətə 1 milyon manatdan artıq məbləğdə ziyan vurulur. Bu hələ bir faktdır.

Redaksiyamıza göndərilən fotolarda ərazidə söküntü aparıldığı və sonradan yeni evlərin inşa olunduğu öz əksini tapır.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti başda olmaqla, müvafiq qurumların mövqeyini dərc etməyə hazırıq. 

Vaqif

AzPolitika.info

[caption id="attachment_430605" align="aligncenter" width="698"]

Sökülmüş evin yerində yenisini tikmək üçün daş töküblər[/caption]

 

[caption id="attachment_430606" align="aligncenter" width="660"]

Bu sonradan tikilmiş evlərdən birinin şəklidir, yanında biri də tikilir[/caption]

 

635x100

Şərhlər

Bashirov Qarib 2018-06-27 18:22:45

Görublər ölkədə təndir istidi,bunlar da deyib, biz də bir kundə yapaq.Kundə də deyəsən kutə gedib.Kut kundəni də itə atarlar. Adətimiz belə olub,deyəsən indi də bu adət qalıb.

G.M 2018-06-27 18:22:45

Bu E.Əzizov pul .....Yazıq Abidi verir qabağa.söyülən,döyülən A.Əliyevdir,Qazanan e.əzizov.Bir azdan Səbaeldə ,Tarqovunu da satışa çıxardacaq.Komsomolda nimdaş həyat tərzini unudub..pulunun miqdarını,varidadtının həcmini yaddan çıxardıb.Gəncəni,Sumqayıtı ``ağ günə`` çıxardmışdı indi də girişib Mərkəzə.Allah Bakını qorusun.bu da abutalıbovun başqa formasıdır.

EWDER 2018-06-27 18:22:45

esas inkiwafdu... onsusda it yesini tanimir,satinin getsin ,yabawdamaq olmaz...

Son yazılar