Fələstin 48 saat ərzində atəşkəsə ümid edir

İsrailin Qəzza əməliyyatlarında Fələstin tərəfdən insan itkisi 718-ə çatıb. Bu rəqəm atəşkəs müzakirələrini də sürətləndirib.

Axar.az xəbər verir ki, Qəzzadakı döyüşün 17-ci günündə Fələstin qaynaqları 48 saat ərzində atəşkəs elan edilməsi ilə bağlı nəticəyə gəlinməsinə ümid etdiklərini dilə gətirib.

Qəzzada tunellərdən göstərilən müqavimətə görə qurudan irəliləyə bilməyən və əvvəlki döyüşlərdə ciddi insan itkisi verən İsrailin üzərində təzyiqlər daha da artıb. Fələstinli təşkilatlar da öz şərtlərini qəbul etdirmək üçün müqavimət göstərir.

HƏMAS və İslami Cihad təşkilatları xaricində Fələstin Qurtuluş Təşkilatı və Qəzzadakı başqa təşkilatların atəşkəs şərtlərinə dəstək verməsi Fələstinin mövqeyini daha da gücləndirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar