DÇ-2018-də möcüzə:Koreya Almaniyanı qrupda saxladı

Bu gün dünya çempionatında daha 4 oyun keçiriləcək.Qol.az-ın məlumatına görə, bu dəfə E və F qruplarında mübarizəyə yekun vurulacaq. F qrupunun lideri Meksika İsveçlə qarşılaşır. İlk 2 turda qələbə qazanmasına baxmayaraq, Meksika hələ 1/8 finala vəsiqəni təmin etməyib. Skandinaviyalılarla matçda qazanılacaq 1 xal Meksikanı qrup lideri kimi növbəti mərhələyə daşıyacaq. Mübarizəni davam etdirmək üçün İsveç də mütləq meydandan qələbə ilə ayrılmalı, eləcə də Almaniyanın qələbə qazanmamasına ümid etməlidir.

Cənubi Koreya ilə üz-üzə gələn Bundestim mütləq qələbə qazanmalıdır. Almaniya kimi Asiya təmsilçisi də meydana 3 xal üçün çıxıb. Ümumiyyətlə, bu qrupda vəziyyət elədir ki, hər 4 komanda 1/8 finala adlaya bilər. Almaniya, İsveç və Meksika 6 xal toplasa, komandaların top fərqi ilk 2 yerin sahibini müəyyənləşdirəcək. Meksika və Cənubi Koreya 3 xala sahib çıxsa, o zaman da asiyalılarla yanaşı, Almaniya və İsveç arasında qrup ikincisi topların fərqinə görə bəlli olacaq.

E qrupunda isə 3 komandanın 1/8 final şansı var. Əsas diqqətlər Serbiya - Braziliya matçına yönələcək. Burada qalib gələn tərəf pley-offa çıxacaq. Mərhələ adlamaq üçün Braziliyanı 1 xal da qane edir.

İsveçrə millisinin isə işi nisbətən daha asandır. Çünki Avropa təmsilçisi Kosta-Rika ilə görüşdə uduzmamaqla adını 1/8 finala yazdıracaq. Braziliya serblərə qalib gəlsə, o zaman İsveçrə məğlub olacağı təqdirdə belə, mundialdakı çıxışını davam etdirəcək.

Qeyd edək ki, bu ana qədər Uruqvay, Rusiya, İspaniya, Portuqaliya, Fransa, Danimarka, Xorvatiya, Argentina, eləcə də son turun nəticəsindən asılı olmayaraq İngiltərə və Belçika 1/8 finala vəsiqə qazanıb.

Dünya çempionatı

III tur

27 iyun

F qrupu

18:00. Cənubi Koreya - Almaniya - 2:0

Qol: Kim Yinq-Qvon, 90+4, Son Hin-Min,90+6

Baş hakim: Mark Geyger (ABŞ)

Kazan. “Kazan Arena”

18:00. Meksika - İsveç - 0:3

Qol: Auqustinsson, 50, Qrankvist, 62-pen. Alvarez, 74-avtoqol

Baş hakim: Nestor Pitana (Argentina)

Yekaterinburq. “Yekaterinburq Arena”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar