Ermənistanın yeni iqtisadi göstəriciləri

2018-ci ilin yanvar-may aylarında Ermənistan iqtisadiyyatı 8,6% yüksəlib. Milli Statistika Xidməti belə hesabat yayıb. Novator.az xəbər verir ki, hesabata əsasən, iqtisadi artım əsasən xidmət və tikinti sahələrinin hesabına qeydə alınıb.Beş ayda Ermənistanın ixracının 24%-dən bir qədər çox, idxalının 27% artdığı qeyd olunur.

Statistika Xidmətinin hesabatına görə, may ayında iqtisadi fəallıq indeksi 10,4% irəli gedib. Sənaye istehsalının 13,3% artdığı vurğulanır.

Hesabata əsasən, ötən ay kənd təsərrüfatı üzrə təqribən 42%, tikinti üzrə 2,4%, ticarət dövriyyəsində 12%, orta əməkhaqqında 0,1% artım olub.

Hesabat dövründə ixracat həcminin 5% azaldığı, idxalın 12% çoxaldığı bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar