Qəzzadakı və İsraildəki azərbaycanlıların aqibəti

Qəzza bölgəsində yaranmış vəziyyətlə əlaqədar 15 Azərbaycan vətəndaşı bölgədən təxliyə olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, Qəzza bölgəsində olan Azərbaycan vətəndaşları 2 mərhələdə təxliyyə edilib.

Onun sözlərinə görə, birinci mərhələdə 11, ikinci mərhələdə isə 4 nəfər Qəzza bölgəsindən çıxarılıb.

İsraildə olan Azərbaycan vətəndaşlarına gəlincə, Elman Abdullayev bildirdi ki, bu ölkədəki vətəndaşlarımızın təxliyyəsi ilə bağlı müraciət daxil olarsa, Azərbaycan Xarici İşlər Nazirliyi müvafiq addımlar atmağa başlayacaq.

Qeyd edək ki, Qəzzada hərbi əməliyyatlar keçirilir. İsrailin zərbələri nəricəsində şəhərdə yüzlərlə insan ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar