TƏHSİL NAZİRİNƏ YENİ MÜAVİN TƏYİN OLUNDU - Daha bir müavin təyinatı gözlənilir

Azərbaycan təhsil nazirinə yeni müavin təyin olunub. Bu gün günorta saatlarında  "AzPolitika.info"nun verdiyi məlumat təsdiqlənib.

Prezidentin müvafiq sərəncamli ilə Məhəbbət Məhərrəm qızı Vəliyeva təhsil naziri Ceyhun Bayramovun müavini vəzifəsinə təyin edilib.

O bunadək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində işləyirdi.

Qeyd edək ki, təhsil nazirinin daha bir müavini postu boşdur. Bu posta da Təhsil Problemləri İnstitutunun (TPİ) direktorunun səlahiyyətlərini icra edən Emin Əmrullayevin təyin ediləcəyi gözlənilir.

***

Prezident seçkisindən sonra hökumətin yeni tərkibini təsdiqləyən dövlət başçıslı İlham Əliyev baş nazir, onun bəzi müavinləri ilə yanaşı, bir sıra nazirlik, komitə və xidmətlərin rəhbərlərini də dəyişdi. Uzun müddətdən sonra Nazirlər Kabinetinin tərkibində aparılan struktur və kadr islahatları çərçivəsində hökumətin tərkibinə yeni simalar qatıldı. Ancaq dəyişikliklər bununla yekunlaşmadı.

Nazirlik və komitələrdə  müavinlərlə bağlı təyintlar davam etdirilir. Demək olar ki, bütün nazirliklərə və komitələrə yeni müavinlər gətirilir.  Dünən prezidentin sərəncamı ilə mədəniyyət nazirinə 2 yeni müavin təyin olunması  da bunun əyani göstəricisidir.

Yeni müavinlərin təyin olunacağı gözlənilən qurumlardan biri də Təhsil Nazirliyidir. "AzPolitika.info"ya verilən bilgiyə görə, yaxın zamanlarda bununla bağlı prezidentin sərəncamlarının elan olunacağı gözlənilir.

Dəqiq məlumat olmasa da, təhsil nazirinin müavinləri vəzifəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın və Təhsil Problemləri İnstitutunun (TPİ) direktor əvəzi Emin Əmrullayevin gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, Məhəbbət Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.

1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə “XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.

Psixologiya üzrə fəlsəfə doktorudur.

2014-cü il 5 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib.

Sabiq təhsil naziri Mikayıl Cabbarovun 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Emin Əmrullayev isə əvvəllər Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışıb. Sonradan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub. 2016-cı ilin aprelindən Təhsil Problemləri İnstitutunun (TPİ) direktorunun səlahiyyətləri Emin Əmrullayevə həvalə olunub.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Valideyin 2018-06-29 00:34:19

Baki tehsil idaresi ele qabaqcil idare idi ki?Baki mekteblerinde tehsilin seviyyesinin veziyyeti hamini narahat etdiyinden,ushaqlarini repititorlara gondermeye mecbur olan valideynlerden niye bu barede rey sorushulmur.Kimin xoshuna geler ki,mekteberde normal tehsil ala bilmemek uzwnden qazana bildikleri zehmet haqqini repititorlara serf etsin7 Bele tehsil idaresinin direktoru nazirlikde ne edecek7Kadrlar bele secilende netice de onceden beli olur.Cox pis!

Amon 2018-06-29 00:34:19

naraziciliginizi dile getirmeyin yoldaslar onsuz ki de serhinizi vermeyecek azpolitika yalniz abel meherremov istisna olmaqla.halbuki habil memmedov kimi birinin vergide helede islemesi dehsetdi amma deyen yazan yoxdu

Kadrlar hər şeyi həll edir 2018-06-29 00:34:19

Kadrların yenilənməsi məncə yaxşı haldır.Təhsil nazirliyində hazırda da şöbə müdiri vəzifəsində işləyən, lakin Lənkəran Dövlət Universitetin rektoru vəzifəsini iki ildən çoxdur icra edən Natiq İbrahimova niyə daimi vəzifə verilmir? Onu nazirin müavini və ya daimi rektor vəzifəsinə təyin etmək olmazmı? Yeni nazirimiz C. Bayramov cənabları belə xırda, lakin narahat edici məsələlərə baxsa daha yaxşı oar!

S.Ənvər qızı 2018-06-29 00:34:19

Bəzi nazirlər əvvəlki nazirlərin ölənlərinə rəhmət oxutdururlar.

roman 2018-06-29 00:34:19

təhsilimiz Finlandiyanın təhsilini də ötüb keçəcək...

G.M 2018-06-29 00:34:19

Azərbaycanda təhsil və səhiyə sistemi bərbad hala salınıb.Kursların inkişaf etdirilməsi dolaysıyla Təhsil sisteminin məhvinə aparır.Süni təhsil verilməsi, elmin inqibatorlaşması Xalqın təhsildən uzaqlamasına rəvac verir. Tezliklə Təhsil konsepsiyası hazırlanıb,təmiz özəl təhsil sisteminə keçilməlidir.Yoxsa Təhsil sistemindəki karrupsiya gələcəyimizi tamamiylə məhv edəcək.

Bakili 2018-06-29 00:34:19

Deme olkede TPI Tehsil Problemleri Inistitutu da varmis.Ona gore tehsilde problemler hell oluna bilmir.

Müəllim 2018-06-29 00:34:19

Təhsilə qayğı təhsili düşünərək edilməlidir,Kor-koranə yox!.........

Səid 2018-06-29 00:34:19

Nə yazaq ki sənin xoşuna gəlsin?! Bəsdir artiq gah nala gah da mıxa vurdunuz. Nə məzhəbə qulluq elədiyinizi açıq deyin ki, ya birdəfəlik saytivizdan uzaqlaşaq ya da sizi təqib etməyə davam edək. Yeni nazir musvininin fəlsəfə doktoru ünvanini harda aldığı maraqlı idi mənə. Onu da suruşdum sizdən....

Son yazılar