Türkiyədə bayraq böhranı

ABŞ İncirlik hərbi bazasında bayrağı yarıya endirməyib

Qəzza zolağındakı əməliyyatlarla bağlı ötən bazar günündən etibarən 3-günlük milli matəmin elan edildiyi Türkiyədə bayraqların yarıyadək endirildiyi bir vaxtda, Türkiyə ilə ABŞ arasında bayraq böhranı baş verib.

Belə ki, Adanada Amerika hərbi qüvvələrinin yerləşdirildiyi İncirlik hərbi bazasında Türkiyə bayrağı yarıyadək endirilməyib. İsrailin Qəzza zolağı əməliyyatlarına «özünümüdafiə haqqı» olaraq bəraət qazandıran Amerika Birləşmiş Ştatları komandanlığı türkiyəli rəsmilərin tələbinə qarşı çıxaraq, bayrağı endirməyib.

Eyni mövqe Türkiyədəki ABŞ səfirliyində və konsulluqlarında da nümayiş etdirilib.

Bundan əvvəl Türkiyədəki ABŞ nümayəndəliyi 301 türk vətəndaşının həlak olduğu Soma mədən faciəsi zamanı Türkiyənin elan etdiyi milli matəmə riayət edərək, bayraqları endirmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar