BU İCRA BAŞÇISININ OĞLU 1 MİLYONA OBYEKT ALDI - FOTO

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin oğlu 1 milyon manat dəyərində obyekt alıb.

"AzPolitika" Unikal.org-a istinadla xəbər verir ki, icra başçısının oğlu Dəyanət Seyidəliyev paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki "Bellezza” gözəllik mərkəzini istifadəyə verib.

Bundan əlavə icra başçısının oğlunun yeni yaşayış binasının 1 və 2-ci mərtəbələrini əhatə edən gözəllik mərkəzinin təmirinə və oradakı avadanlıqlara yüz min manatlarla vəsait xərclədiyi bildirilir.

Qeyd edək ki, D. Seyidəliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sədrin müşaviri vəzifəsində çalışır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar