«Çin, gözlənilən Putin-Tramp görüşünü alqışlayır!» - XİN

Putin-Tramp2«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası (ÇXR) xarici işlər nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lu Kan cümə axşamı bəyan edib ki, ölkəsi Rusiya və ABŞ prezidentlərinin qarşıdakı görüşünü alqışlayır. Hesab edir ki, Rusiya-Amerika münasibətlərinin yaxşılaşması sülh və sabitlik maraqlarına xidmət göstərəcək.

Çərşənbə axşamı Rusiya Federasiyasının prezidenti Vadimir Putinin köməkçisi Yuri Uşakov xəbər verib ki, Rusiya və ABŞ prezidentlərinin görüş məsələsi qapalı kanallarla çoxdan müzakirə olunurdu. Artıq sammitin keçirilməsinin vaxtı və yeri barədə razılıq əldə edilib.

«Əgər ABŞ və Rusiya təmasları və dialoqu möhkəmlədə bilsələr, əlbəttə də ki, bu, beynəlxalq sülhün və inkişafın irəli aparılmasına yardımçı olacaq .Həm də beynəlxalq ictimaiyyətin qarşılaşdığı qlobal xarakterli çağırışlara birgə reaksiya verməyə kömək edəcək. Biz, bunu alqışlayırıq!» - deyə, Lu Kan görüş barədəki xəbəri şərh edərkən bildirib.

O, əlavə edib ki, Rusiya və ABŞ Təhlükəsizlik Şurasının daimi üzvləri və beynəlxaq səhnədə nüfuzlu oyunçulardır. Bu ölklər təhlükəsizlik və sülhün təmin olunması məsələləri üzrə müstəsna cavabdehlik daşıyırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar