Mingəçevir bazarında meyvə-tərəvəz almaq istəyən qadını ilan sancıb

Mingəçevir şəhərində ilansancma hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü şəhər sakini Salamova Sona Əliyar qızı bazarda meyvə-tərəvəz almaq istəyən zaman əlindən ilan sancıb.

Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti orta-ağırdır.

İlkin ehtimala görə, ilan bazar ərazisinə hansısa kənd təsərrüfatı məhsulunun qutusunda gəlib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar