«İran, daha bir Şimali Koreyadır» - Nikki Heyli

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) BMT-dəki daimi nümayəndəsi Nikki Heyli cümə axşamı bəyan edib ki, Birləşmiş Ştatlar İrana təzyiq göstərməkdə davam edir. Və düşünür ki, digər ölkələr də bu istiqamətdə Vaşinqtonu dəstəkləyəcəklər. O, İran rejimini Şimali Koreya rejimi ilə müqayisə edib.

«Biz, ona (İrana - red.) təzyiq göstərməkdə davam edirik və ümidvarıq ki, digər ölkələr də bizə qoşulacaqlar. Çünki İran bizim gözümüzdə daha bir Şimali Koreyadır» - deyə, Nyu-Dehlidəki «Observer Research Foundation» tədqiqat mərkəzindəki çıxışı zamanı Heyli bildirib.

Diplomatın sözlərinə görə, Vaşinqtonda «möhkəm əmindirlər ki, İran təhlükədir və bu əminlik hər-hansı bir təsəvvürə deyil, real sübutlara əsaslanır».

«Biz, görürük ki, sazişə baxmayaraq, Tehran qətnaməni  pozur. Onlar ballistik raket yaradılması barədə razılığı pozublar, onlar terrorçuluğu dəstəkləyirlər, onlar Yəməndə husilərə silah satır və göndərirlər» - deyə, Heyli bəyan edib. O, qeyd edib ki, "İranla qüvvədə olan bir sıra razılaşmalar o demək deyil ki, biz, dünya üçün təhlükə olan bütün bu pozuntuları görməzliyə vurmalıyıq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar