“PUL YEMƏK ÜÇÜN YOLU SÖKDÜLƏR...” - Deputat fəlakət yaşanacağını deyir

Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa Bakı-Sumqayıt yolunda təmirə görə yaranmış tıxacdan danışıb.

Modern.az saytının xəbərinə görə, deputat bildirib ki, minlərlə insan tıxacdan əziyyət çəkir, alternativ yollar da yoxdur.

“İstanbulda avtobus yolları ayrıdır. Bizdə isə marşrut avtobusları başqa avtomobillərlə eyni yolu gedirlər”-deyə deputat bildirib.

O qeyd edib ki, Bakıda metro stansiyalarının sayı çoxalmalıdır: “Metro xətləri çəkilməlidir. Belə olmasa, Bakıda bir ildən sonra fəlakət yaşanacaq”.

Deputat Fəzail Ağamalı da yol tikintisi ilə bağlı yaranmış problemlərdən danışıb. O, dolayısı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini ittiham edib: “3 gündür ki, 20 Yanvar dairəsindən Masazıra qədər dəhşətli tıxac yaşanır. Çıxıb bir jurnalist də deyir ki, guya Bakı-Sumqayıt yolunda çatlar yaranıb. Heç elə şey yoxdur. Tam məsuliyyətimlə deyirəm ki, orada heç bir çat yox idi. Sadəcə pul yemək lazım idi, ona görə yolu sökdülər. Mən bu yaxınlarda Naxçıvanda oldum. Gedib oradan nümunə götürsünlər, yollar ən müasir standartlara cavab verir”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, onun özü də həmin istiqamətdəki Sulutəpə qəsəbəsində yaşayır:“Mən özüm də o yolu gedib-gəlirəm, tıxacdan mən də əziyyət çəkirəm. Amma yol genişləndirilməlidir. Yolun genişləndirilməsi üçünsə yolkənarı evlər sökülməlidir. Bu istiqamətdə işlər gedir”.

635x100

Şərhlər

AAgahuseyn 2018-06-29 14:20:17

Fəzail müəllim təmiz adamdır onu oyuna qatmayın biz həmyaşıd olsaq da mən ikinci ali təhsil alanda onun tələbəsi olmuşam.Hec vaxt hakqı tapdamaz tələbəni başqaları kimi incitməzdi.ONU salamlayır uzun ömür can saqlıqı arzulayıram. 30-ilə yaxındir ğörüşmürük.Saq ol ğözəl pedaqoq.

XALG 2018-06-29 14:20:17

...UGURLU SIYASETINIZ AY FEZAIL SEN NEDEN NARAZISAN CAMAATIN GEYDINE GALAN OLUB

ayzek 2018-06-29 14:20:17

bu dəfə torbanı deyəsən fəzail .... təpəsinə keçirdəcəklər!

Kərəm 2018-06-29 14:20:17

Fəzail bir daha təsdiqləyir ki, ölkə xalq talan edilir və həmişə belə olacaq. O bildirir ki, Neçə ki, bu məmurlar var belə olacaq. Xalq misli görünməmiş talan edilib və ediləcək. Halaldır hərdən heç olmasa bir kəlmə düz danışmaq da kişilıikdəndir. Yoxsa həyatı boyu qatığa qara deyənləri Allahımız bağışlamayacaq. Artıq Allahın qəzəbi görünməkdədir. Heç olmasa bir az ağıllanın. Yoxsa gedəcəksiniz..........

Cavanşir 2018-06-29 14:20:17

Ölkədə qohumlar və bir məkandan olan bir-biri ilə əlaqəlilər iqtidarda olduğundan, vəzifələr bunlar tərəfindən işğal olunduğundan və bu səbəblə nəzarət edilmədiyindən ölkə bu günə düşüb.Hər vəzifəli gəlir yerini bilir, sakitcə razılaşır(çünki onu təmin edir),oturub aylığını alır,iistənilən hesabatını verir,məsuliyyət hissindən uzaq olur,vəzifə və gəlirində davam edir.Hesabat üçün bir-iki kasıb,arxasız azrbaycanlı tapıb onları yukləyirlər.Bax bu günün tablosudur

Amon 2018-06-29 14:20:17

Men oktay muellimnen imkanliyamki qarayevde qaliram

Amon 2018-06-29 14:20:17

Baksyor fezail duz deyir heqiqeten naxcivanin hetta kend yollari bele asfaltdi ozde tez tez temir olunmur hemde cox keyfiyyetlidi. o ki qaldi pul yemek ucun yol temirine burda sehv eledin.... pul yemek ucun yox udmaq ucun demeliydin.cunki yemek hissesini biz coxdan kecmisik indi artiq ceynemeden uduruq

Veteran 2018-06-29 14:20:17

Ancaq deyirler ki, 1 aydan sonra bu istiqametde xarici bir olkenin prezidenti Sumqayita teref istiqamet alacaq. Yolboyu prezident cala-cuxura duwmesin deye imkan duwmuwken bizim acgoz memurlarimiz nece deyerler el-qap edirler

G.M 2018-06-29 14:20:17

Fəzaili yol zad maraqlandırmır.Naxçıvan rəhbərliyinə yarınmaqdan ötəri əlinə bəhanə düşüb.``Naxçıvan yollarına baxıb ,nümunə götürsünlər``..bu binəva hələ də bilmir ki,Naxçıvan da bizimdir.

kluni 2018-06-29 14:20:17

Əhsən Oqtay müəllim! Siz bu söküntü işlərinə yaxşı bələdsiniz! Vaxtı ilə Sizin qudanız-Binəqədinin keçmiş İcra başçısı da analoji işlər ilə məşğul idi. Adını qoyurdu sökürük, sonra pulu ikiqat alıb gedirdi.

EMİN 2018-06-29 14:20:17

BU BOYDA YALAN OLAR A? OKTAY ƏSƏDOV SULUTƏPƏDƏ YOX VALLAHİ SUVALANDA YASAYİR. O Kİ QALDİ YOL MƏSƏLƏSİNƏ FƏZAİL MUƏLLİM BİR DEPUTAT KİMİ BU TƏSKİLATDAKİ YEYİNTİLƏRİN ƏSASİN TƏSKİL RDƏN SAXTA HESABATLAR VƏ OLU CANLARDAN DANİSİN. 20 MİN İSCİSİ OLAN BU TƏSKİLATDA 5 MİN İSƏ CİXAN OLA YA OLMAYA. YOL TƏSƏRUFATİNİN SAXLANİLMASİNA XUSUSİLƏDƏ YOL KƏNARİNDAKİ YASİLLİQLARA HƏR AY 100 MİN MANAT YEYİLMİR EY GOYƏ SOVRULUR. PROKURORLUQ ORQANLARİ İSƏ HƏLƏ DƏ SUSUR. BİLİRSİZ NİYƏ AXİ BƏLKƏ MUSDƏRƏKDİRLƏR YA?

Son yazılar