“Siz inanırsınız ki, kimsə istefa verəcək?” - Oqtay Əsədov deputata sual verdi

“Bu dəyişikliklər hakimlərin müstəqilliyinə xidmət edir, lakin problemlər tam həll etmir. Məhkəmələr haqqında qanun yenidən işlənməsini dəfələrlə təklif etmişəm”. Modern.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında “Məhkəmələr və hakimlər haqqında”qanuna dəyişikliklərə münasibət bildirərkən deyib. O bildirib ki, hakimlərin 5 ildən bir qiymətləndirilməsi hakimlərin müstəqilliyinə ciddi şəkildə ziyan vurur:

“Bizdə hər 5 ildən bir hakimlərin fəaliyyəti qiymətləndirilir, peşəkar çatışmazlıq aşkar ediləndə hakim vəzifəsindən kənarlaşdırılır. Bu gün təklif edilən dəyişiklikdə onlara bir şans daha verilir. Hakimlər xüsusi tələblərlə seçilir, onlara qarşı müəyyən tələblər var. Bu mənada peşəkar çatışmazlığı olan hakimin olması halları məhduddur. Hakimlər mülki, cinayət işlərinə baxanda hər hansı qanunu pozanda prokuror, müdafiə tərəfi müdaxilə edə bilir”.

Q.Həsənquliyev qeyd edib ki, 5 ildən bir qiymətləndirmə hakimləri asılı vəziyyətdə saxlayır.

“Bu məsələ ləğv edilməlidir. Hakim qanunu pozanda ondan şikayət verilmə hüququ qanunla tənzimlənir. Vəzifə səlahiyyətindən istifadə etmə, özünü pis aparmasına görə, saxtakarlıq kimi hallarda da vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilir. Yalnız cinayət törədəndə onun məsuliyyətə cəlb edilməsini qanuna daxil etməliyik. BMT tələblərinə uyğun olaraq hakimlər ömürlük təyin olunanda və vəzifənin icrası ilə bağlı müəyyən yaş həddi olanda müstəqil olurlar. Bizdə 68 yaşdı və hesab edirəm ki, bu artırılmalıdır. Onsuz da hakim işləyə bilmədiyini görəndə istefa verəcək. Ölkəmizdəki hakimlərin mövcüd problem hakimlərin müstəqilliyi, əməkhaqqının az olmasıdır”.

Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, hakimlərin öz istəyi ilə istefa verməsi gözlənilən deyil:

“Siz inanırsınız ki, kimsə istefa verəcək?”.

635x100

Şərhlər

Naxçıvanlı 2018-06-29 15:03:37

Qüdrət Həsənquliyev sanki Azərbaycna başqa planetdən gəlib......Həsənquliyev hələ bilmir ki, hakim seçilməyin qiyməti nə qədərdir? Bu adam həmişə gördüyünü yox,kitablardan oxuduğunu fakt kimi qələmə verir....O deputat olduğu müddətdə gördüyü hər hansı fəaliyyətindən danışsın....

hellas 2018-06-29 15:03:37

Burada heç kim mustafa vermir. Bir nəfər oldu, oda Artur Rəsizadə - cavan yaşında getdi.

EWDER 2018-06-29 15:03:37

ESAS INKIWAFDU...YAVAWDAMAQ OLMAZ...MEHKEME,MILLI MECLIS VE S .B.... W....

Müfəttiş 2018-06-29 15:03:37

...elə birinci cümləsindən hansısa dairələrin sifarişini icra etdiyi məlum olur. Bizdə azad məhkəmə və onun hakimi anlayışı çox mücərrəddir. Məhkəmə Dövlət ittihamçısı, Prokurorluq və Hakim üçlüyündən ibarət triodur və heç zaman bir-birinin xatirinə dəymirlər....

Cavid 2018-06-29 15:03:37

Azərbaycanda istefa mədəniyyəti olmayıb və olmayacaq.....Nəzarət edilməyən qohumlar istefa sözünün mənasını belə anlamazlar.Azərbaycan xalqı dözümlü xalqdır....İnşaallah ayılacaq.

Son yazılar