Minsk qrupunun neçə üzvü var?

Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun tərkibi müxtəlif mənbələrdə fərqli göstərilir. “Media forum” saytı məsələyə aydınlıq gətirmək üçün ən mötəbər mənbəyə müraciət edib.

Sayt bildirir ki, ATƏT-in yenilənmiş rəsmi internet səhifəsində Minsk qrupuna dair ayrıca bölmə (www.osce.org/mg) yer alır. Həmin bölmədə Minsk qrupunun 11 üzvünün olduğu göstərilir. Üzvlər belə sıralanır: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

Minsk qrupunun tarixi 1992-ci il martın 24-də ATƏM Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən görüşündən başlayır. Həmin görüşdə Dağlıq Qarabağda və­ziy­­yət müzakirə olunub, Nazirlər Şurası Minskdə Dağlıq Qarabağa dair sülh kon­fran­sının ça­­ğı­rıl­ması haqqında qərar qəbul edib. 1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb, kon­fransa hazırlıq məqsədilə italyan Mario Rafael­li­yə mandat verilib. O, 1994-cü ilə qədər Minsk qrupunun sədri funksiyasını icra edib.

1994-cü il dekabrın 5-6-da Budapeşt sammiti həmsədrlik institutu yaradıb. Həmin vaxt Minsk qrupunda həmsədrlik Rusiya ilə İsveçə tapşırılıb, sonradan İsveçi Finlandiya əvəzləyib. 1996-cı il dekabrın 30-da Finlandiya nümayəndəsinin əvəzinə Fransa təmsilçisi həmsədr təyin olunub. 1997-ci il fevralın 14-də Minsk qrupuna daha bir həmsədr ölkə qoşulub: ABŞ.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar