İraqa yeni prezident seçildi - Foto

[caption id="attachment_43142" align="alignleft" width="260"] Fuad Məsum[/caption]

İyulun 24-də İraq parlamenti ölkəyə yeni prezident seçib.

“Media forum” xəbər verir ki, yeni prezident Fuad Məsumdur.

Fuad Məsum 1938-ci ildə doğulub, milliyyətcə kürddür, Cəlal Tələbaninin başçılıq etdiyi Kürdüstan Vətənpərvərlər İttifaqı Partiyasının əsas funksionerlərindən biridir.

Fuad Məsumun prezidentliyə namizədliyini İraq parlamentinin kürd bloku irəli sürüb.

İraqın əvvəlki prezidenti Cəlal Tələbani olub. 2012-ci ildən xaricdə müalicə olunan, yalnız 2014-cü ilin iyulunda İraqa qayıdan Cəlal Tələbani səhhəti ilə əlaqədar bu müddət ərzində öz səlahiyyətlərini faktiki icra edə bilmirdi.

Fuad Məsum prezident seçiləndən sonra bəyan edib ki, o, keçmiş prezident Cəlal Tələbaninin siyasi kursunu davam etdirəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar