"Bu gün Azərbaycanda akademiyanın adı çox hörmətlə çəkilir" - Akif Əlizadə

"Bu gün Azərbaycanda akademiyanın adı çox hörmətlə çəkilir. Biz birgə əməkdaşlıq edərək akademiyanın nüfuzunu bir az da qaldıra bilərik".

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün yeni tərkibdə keçirilən iclasında çıxış edərkən deyib.

Akademiyanın nüfuzunun yüksəldilməsi üçün alimlər tərəfindən də müəyyən işlərin görülməsini vacib sayan A.Əlizadənin sözlərinə görə, ölkənin gənc nazirləri də akademiya ilə əməkdaşlıq edirlər.

Bunu çox yaxşı hal kimi dəyərləndirən AMEA prezidenti bildirib ki, bu il 1600 bakalavr akademiyada təcrübə keçib:

"Onlar ona görə akademiyanı seçirlər ki, burada təhsilin yüksək səviyyədə olduğunu, alimlərin çalışdığını görürlər. Bu da akademiyanın nüfuzunu göstərir".

635x100

Şərhlər

vızzz 2018-06-29 18:59:19

"Elə mən də bu saat onu fikirləşirdim". Nə günlərə qaldın Balaş.

Son yazılar