Gömrük Komitəsinin qarşısında aksiya keçirildi- Telefon monopoliyasına etiraz olaraq-FOTOLAR

Bakıda bir qrup sahibkar Gömrük Komitəsinin qarşısına toplaşıblar. "Deyerler.org"u əməkdaşının verdiyi xəbərə görə, əsasən mobil telefon və telefon aksesuarlarının satışı ilə məşğul olan sahbikarlar gömrükdəki monopoliyaya etiraz edirlər. Dövlət Gömrük Komitəsinin qarşısında toplaşan sahibkarları ilk öncə Komitədə qəbul etmək istəməsələr də, əraziyə xeyli sayda jurnalistin toplaşdığını görən Komitə işçiləri narazı sahibkarların bir qismini qəbul etməyə məcbur olublar.

Gömrük Komitəsinin qarşısına toplaşan 40-dan artıq sahibkar onların sahibkarlıq fəaliyyətinə monopolist qüvvələrin əngəl törətdiyini bildiriblər. Mobil telefon aksessuarlarının pərakəndə və topdan satışı ilə məşğul olan sahibkarlar onlardan indiyənə qədər ödədikləri gömrük rüsumunun 10 qat artığını istədiklərini bildirirlər.

Hətta sahibkarlardan biri 80 manat mayası olan mala ondan 10-15 min manat rüsum istənildiyini bildirib. 2 ayda bir dəfə mal idxal edə bilən sahibkarlar, 20 gün əvvəl eyni cür əngəl ilə rastlaşdıqlarını, sadəcə etiraz etdikləri üçün onlara əvvəlki kimi rüsum ödəyəcəklərini bildiribər. Gömrük rüsumunun süni şəkildə qaldırılmasına etiraz edən sahibkarları Azərbaycan Respublikası Gömrük Komətəsinin məsul şəxsləri qəbul edib. Sahibkarları dinlədikdən sonra, avqustun 4 kimi onların problemlərinin həll ediləcəyi barədə vəd verilib.

Qeyd edək ki, telefon monopoliyasının arxasında iş adamı, Putinin dostu kimi tanınan professor İlham Rəhimovun kürəkəni Araz Mehdiyevin dayandığı bildirilir. "Mobitel" şirkətinin də onun olduğu iddia edilir.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar