Günay İbrahimliyə görə yolu bağladılar - Polis onu niyə müşayiət edir?

İki gündür, Bakıda yaşanan tıxac gərginliyi sakinlərin əsəbini tarıma çəkib. Bakı-Sumqayıt yolunun "vaxtsız” təmiri paytaxtın az qala hər yerində avtomobil sıxlığının yaranmasına səbəb olub. Lakin Sumqayıtdan, Xırdalandan və yaxın qəsəbələrdən gələn alternativ yollarda sıxlıq "hərarəti” daha çox yüksəldib. Bu ərazilərdən biri də Sulutəpə qəsəbəsindən keçən yoldur.

BakuPost xəbər verir ki, bu gün axşam saatlarında bu yolu Dövlət Yol Polisi əməkdaşları izahatsız bağlayıblar. Sürücülər düşünüblər ki, yəqin, yüksək vəzifəli şəxslərə görə bu addım atılıb. Təxmini yarım saat istidə əziyyət çəkən sürücülər boş saxlanan yoldan şütüyən avtomobilləri gördükdən sonra isə sözün əsl mənasında şoka düşüblər. Şahidlərin sözlərinə görə əvvəlcə nömrə nişanı 010-la bitən "Lexsus” markalı mülki maşın, arxasınca isə ağ rəngli, dövlət nömrə nişanı 004-lə bitən "Porsche” markalı avtomobil keçib. Onları isə bir yol polisi avtomobili müşayiət edib.

Sürücülər yolu bağlayan yol polislərindən öyrəniblər ki, arxada gedən "Porsche” müğənni Günay İbrahimlinin avtomobilidir. Müğənniyə görə yolun niyə bağlanıldığına isə cavab ala bilməyiblər. Bircə o məlum olub ki, müğənni Sulutəpədə bir villada yaşayır.

Xatırladaq ki, Günay İbrahimlinin ağ "Porsche” alması ilə bağlı bir müddət əvvəl mətbatda yazılar dərc edilib. Onun əvvəlki "Range Rover" avtomobilini də "004” nömrə ilə sürdüyü bəllidir.

İş vaxtı bitdiyindən məsələ ilə bağlı rəsmi qurumlardan mövqe öyrənə bilmədik.

635x100

Şərhlər

Rauf 2018-06-29 21:07:50

Gunay yox spikerin ev masini. 10 AA 004 dovlet masinidi.

t.ədalət 2018-06-29 21:07:50

Müğənnisi bol olan ölkənin torpaqlarıl işğal altında qalar.Bir ölkədə ki əyləncə üçün istifadə edilən müğənni qazilərdən üstün hesab edilər,orda vətənpərvərlik gərəksiz olar.

keçici qırmızı bayraqlar 2018-06-29 21:07:50

Heç ürəyinizi sıxmayın, səhər-açılar açılmaz bütün rəsmi qurumlar 8-30-dan başlayacaqlar Sizə tam ətraflı, dürüst, geniş məlumat verməyə. P.S. Zəng edəcəksiniz, telefondakı xanım başlayacaq Sizə 1 düyməsini, sonra 2 düyməsini və nəhayət 3 düyməsini basın, gözləyin. Sonra da Zamin Hacı demişkən deyəcəklər ki, düzgün seçim etməmisiniz.....

Millət 2018-06-29 21:07:50

Ehtimal oluna bilər ki, polis onu mötəbər ünvana qədər müiyət etmə göstərişi alıb və əmr yerinə yetirib.Bu müğənnicik müğənniliklə nə qazanır ki. qısa müddətdə range rover,Porşe avtomobillərinə malik olur? Bir bununla maraqlanan qurum varmı? Axı belə hallar gənclərin psixologiyasını və tərbiyəsini pozan ən ilginc vasitədir.Belə hallar diqqətdən kənarda qalmamalıdır.

Anar 2018-06-29 21:07:50

kim ki, yuxuda .....görə,o səxs hec bir bəlaya girifdar olmaz...probkadada qalmaz.

Son yazılar