"Vətəndaşlar üçün ciddi məşğulluq portalı yaradılacaq" - Sahil Babayev

"Azərbaycan vətəndaşları üçün ciddi məşğulluq portalı yaradılacaq".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTv-nin "Günün nəbzi" verilişində deyib.

O, bildirib ki, məşğulluq portalının yaradılması bu sahədə şəffaflığı tam şəkildə təmin edəcək: "Məşğulluq portalında Azərbaycanda olan bütün vakansiyalar barədə məlumat olacaq. Eyni zamanda qeydiyyatdan keçmiş bütün işsizlər və işaxtaranlar haqqında məlumat yerləşdiriləcək. İstənilən işəgötürən və işsiz hətta məşğulluq mərkəzinə gəlmədən bu portala daxil olaraq, öz reakividasiyası haqqında məlumatı daxil etməklə, mövcud bütün vakansiyalar haqqında məlumat ala biləcək, hətta birbaşa ora müraciət də edə biləcək. Orada tələblər, maaş, iş yerinin ünvanı, iş saat, yəni bütün tələblər əks olunacaq".

S.Babayev deyib ki, portal işəgötürənlər üçün də rahatlıq yaradacaq. Nazirin sözlərinə görə, Azərbaycanda iki yüz min işsiz və işaxtaran var: "Onların məlumatlarını məlumat bazasına daxil edilməsi, eyni zamanda açılan vakansiyalar barədə məlumatların daxil edilməsi bir qədər vaxt apara bilər. Amma portalın maksimum bir il ərzində yaradılması nəzərdə tutulur".

S.Babayev qeyd edib ki, nazirliyə daxil olan şikayətlərin bəziləri bu sahədə qeyri-obyektiviyin olması ilə bağlıdır: "Bu kimi narazılıqların, şikayətlərin kökünü birdəfəlik kəsmək üçün bu portal çox faydalı olacaq".

Əmək və əhalinin sosial müdafiəsi nazirinin sözlərinə görə, məşğulluq mərkəzləri öz yerində qalacaq: "Bizim böyük kateqoriya vətəndaşımız heç də internet sahəsində aktiv deyil. Onlar köhnə qayda ilə mərkəzlərə müraciət edə biləcəklər".

635x100

Şərhlər

t.ədalət 2018-06-29 23:26:36

Quşlar yuva qurandan sonra yumurta qoyur,bala çıxarırlar.Hörmətli nazir müəllim,əvvəlcə iş yerlərini iqtisadiyyat nazirliyi yaratmalıdır ki,sizin də portalınız fəaliyyətə başlasın.Ötən on ildə Ş.Mustafayev hansısa yeni iş yeri ilə əhalini sevindirə bilməyib.Bundan sonra da belə olacaq.Nə yaxşı ki cənab Prezident neft-qaz sektorunu inkişaf etdirməklə maaş və pensiyaların ödənilməsinə nail olur.

Sedaqet 2018-06-29 23:26:36

Meqalenin bashligina baxib xeyli guldum. Beyem bu gune qeder geyri ciddi portal movcud idi? Heqiqetende nazirlerin evezlenmesi menfiye dogru gedir. Hem KEND TESERUFFATI hemde EMEK ve SOSIAL NAZ. Saheler yandi, pambiqcilar zeherlendi , yeni tarixde olmuyan musibetler kendlinin bashina geldi. Bu ise Inam kerimovun bu sahede hec vaxt inkishafa nail ola bilmeyeceyinin gostericisidir. Hemcinin Sahil babayev cammatin evini coreksiz qoyur adamlari ishden cixarir. Bes hani senin sosial dushuncekerin?

Nadir. 2018-06-29 23:26:36

Bismillahir-Rəhmanir-Rəhim. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev cənablarına. Vətəndaşlar öz problemlərini yerl strukturlarda ədalətli həllini tapmayanda,o barədə yuxarı dövlət orqanı olan nazirliyə müraciət edir.Bu yuxarı dövlət orqanında süründürməçilik, saxtakarlıq, özbaşınalıq, laqeyidlik tuğan edirsə, şikayətlərdə qaldırılan suallara cavab vermirlərsə. Nə etməli??? Daha pis tərəfi ondadır ki, Siz nazir vəzıfəsinə təyin edildikdən sonra yazdığım 5 məktuba cavab almamışam. Amma mən çox əmin idim ki,Sizdən yeni nazırdən müsbət qanuna uyğun cavab alaram.Çox təəssüflər olsun ki, belə olmadı. Hər halda, hüquq üzrə fəlsıfə doktoru ikmi bunun nə demək olduğunu bilməmiş olmazsınız! Siz bununla nazirlikdə tuğan edən ədalətsizlik mühitünü davam etdirilməsi üçün münbit şərayit yaradırsınız.Nəticə də,bu ədalətsiz mühit ,hamı üçün bərabər olmayan oyun qaydaları bərqərar edir . Çox pis! Təəssüf hissini keçirirəm.

məmmədqulu 2018-06-29 23:26:36

O məşğulluq portalını əsas iş yeri olan körpülərin altında kənarda yaradın.

Son yazılar