“HAMI VİLLA ALA BİLƏR, MƏN YOX?” - Bayram Səfərovdan AÇIQLAMA

“Villanı alğı-satqı etməmişik, “barter” etmişik”

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov “Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) sabiq prezidenti Tağı İbrahimovun Novxanıda yerləşən 4.5 milyonluq villasını alması barədə yayılan məlumatlara münasibət bildirib.

Xatırladaq ki, “Azpolitika.info” saytı özəl mənbələrinə istinadən Tağı İbrahimovun 4,5 milyon manata satdığı möhtəşəm villanın yeni sahibinin Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov olduğunu yazıb (

Tağı İbrahimovun keçmiş villasının çöldən görünüşü...[/caption]

Elə Bayram Səfərovun özü də publika.az-a açıqlamasında bu məlumatı təkzib etməyib: “Lap 5 milyon yazsınlar. Hamı villa ala bilər, mən yox? Belə şeylərə fikir vermək lazım deyil”.

B.Səfərov jurnalistin “Vila almağınız barədə xəbərlər doğrudur?” sualına belə cavab verib: “Bu, yalan və ya doğru məlumat ola bilər. Məndə o qədər pulum hardandır? O qədər pulum yoxdur”.

Sonra B.Səfərov zarafatla deyib ki, həmin villa dəyişdirilib: “Villanı alğı-satqı etməmişik, “barter” etmişik”.

Qeyd edək ki,  Bayram Səfərovun villanı aldığını zarafata salaraq təsdiqləsə də, “barter” etdiyini söyləməsi maraq doğurmaya bilməz. Maraqlıdır, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı 4-5 milyon manatlıq villanın əvəzində Tağı İbrahimova nə verib: Novxanı yolunda onun ailəsinə  aid olduğu bildirilən sexləri, fermanı, yoxsa Şuşada 100 hektar torpaq?

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar