ABŞ-ın Estoniyadakı səfiri istefa verib

ABŞ-ın Estoniyadakı səfiri prezidenti Donald Trampın Avropa İttifaqı ilə bağlı şərhləri və Vaşinqtonun Avropa müttəfiqlərinə qarşı rəftarından məyus olduğu üçün istefa verdiyini söyləyir.

Cümə günü Facebook-da şəxsi mesaj paylaşan Ceyms D. Melvil “Prezidentin Avropa İttifaqının Birləşmiş Ştatları istismar etmək, bizim pullarımıza hücum etmək üçün yarandığını və ya NATO-nun NAFTA qədər pis olduğunu deməsi təkcə faktiki olaraq yanlış deyil, həm də mənə getmək vaxtının gəlib çatdığını bir daha sübut edir”- deyə yazıb.

Melvil yüksək səviyyəli ABŞ diplomatıdır. O, 2015-ci ildən bəri NATO üzvü Estoniyada ABŞ səfiri olaraq, 33 il boyunca isə Dövlət Departamentində xidmət göstərib.

ABŞ-ın Tallindəki səfirliyi şərh verməyib ("Amerikanın səsi").

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar