Əfqanıstan aviasiyası “Taliban”ın 12 üzvünü məhv edib

Əfqanıstan Hərbi-Hava Qüvvələrinin zərbələri nəticəsində “Taliban” hərəkatının 12 üzvü məhv edilib, 18-i yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, əməliyyat Baqdis əyalətinin Cavand rayonunda keçirilib.

Qeyd edək ki, Əfqanıstan prezidenti Əşrəf Qani bundan əvvəl “Taliban”la atəşkəs rejiminin başa çatdığını və hərbi əməliyyatların bərpa olunduğunu bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar