Rusiyanın bir qrup deputat və ictimai xadimi Cocuq Mərcanlıya gəlib

Rusiya Dövlət Dumasının bir qrup deputatı və tanınmış ictimai xadimi 2016-cı ildə Aprel döyüşləri zamanı Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndinə gəlib.

“Report” xəbər verir ki, onlar bu gün keçiriləcək "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfransda iştirak edəcəklər.

Konfrans iştirakçıları arasında Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Duması spikerinin köməkçisi Vladislav Kalxidov, Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, eləcə də ictimai xadim Maksim Şevçenko və başqaları var.

Tədbir iştirakçıları Azərbaycan və Rusiya əməkdaşlığının inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparacaqlar.

635x100

Şərhlər

Mirzə AĞ 2018-07-01 13:02:02

Bəs, Rusiya nə üçün Azərbayçanın müttəfiqi deyil? Səni sevəçəm, sən sevməsən də?..

t.ədalət 2018-07-01 13:02:02

Bu adamların Cocuq Mərcanlıya gəlişi hansısa bir təhlükənin başlanğıcı ola bilər.Duqini yaxşı tanıyırıq.Biz ehtiyatlı olmalıyıq!Rusiya bizə heç vaxt dost olmayıb və olmayacaq.Başımıza gələn bəlaların,bu müharibədə onminlərlə balalarımızın qətli,məgər Rusiyanın əli ilə olmayıbmı?Gələcək nəsillərə növbəti qətliamlar qoymaq istəmiriksə Rusiyadan kənar olmalıyıq!

Son yazılar