Naxçıvan istiqamətində 44 yaşlı erməni hərbçi yaralanıb

Erməni media orqanları ötən gecə Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində gərginliyin yaşandığı barədə məlumat yayıb.

Musavat.com Ermənistan mediasına istinadla xəbər verir ki, atışma nəticəsində işğalçı ölkənin hərbçisi 1974-cü il təvəllüdlü Baqdasaryan Vaan Samveloviç yaralanıb. Ermənistan Müdafiə Nazirliyi müqavilə ilə xidmət edən hərbçinin “yüngül” yara aldığını bildirib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan iddia edib ki, Azərbaycan tərəf mühəndis istehkam işlərini həyata keçirmək istəyirmiş və erməni tərəf atəş açıb.

Azərbaycan tərəf məsələ ilə bağlı hələlik hər hansı açıqlama yaymayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar