Şəmkirdə suni göldə 4 nəfər boğularaq ölüb - Yenilənib

Şəmkirdə göldə batan 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

APA-nın qərb bürosunun xəbərinə görə, ölən şəxslər Göygöl və Daşkəsən rayon sakinləri Tağıyev Adil Valeh oğlu, onun həyat yoldaşı Əhmədova Məhəbbət Kazım qızı, 1987-ci il təvəllüdlü Qaibov Afiq Həsən oğlu və onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Əliyeva Zeynəb Ədalət qızıdır. Məlumata görə, qadınlardan biri Şəmkirin Abbaslı kəndində yerləşən göldə paltar yumaq istəyərkən suya düşüb, digərləri batan şəxsə kömək etmək istəyərkən onlar da batıb.

Qeyd edək ki, göldə batan şəxslər həmin ərazidə çobanlıqla məşğul olublar.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Şəmkirdə 4 nəfər süni göldə batıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisində yaradılmış süni göldə 2 qadın və 2 kişi boğulublar.

Onların meyitləri suda çıxarılıb. Ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar