Kim Çen In Çini köməyə çağırdı! – Sanksiyaların götürülməsi məsələsində

Dərc olunub: 01/07/2018 - 22:46

kim_jong_un_010118«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In iyun ayında Çin Xalq Respublikasına (ÇXR) səfəri zamanı iqtisadi sanksiyaların vurduğu ağır zərərdən danışıb. O, sanksiyaların tezliklə aradan götürülməsi işində ÇXR sədri Si Tsizinpindən köməklik gösğtərməsini xahiş edib.
Çinin diplomatik dairələrindəki mənbəyə istinadla, bazar günü bu barədə «İomiuri» qəzeti yazıb.
KXDR-nın lideri Si Tsizinpinlə görüşərkən, bəyan edib ki, iqtisadi sanksiyalar ölkəsinə ağır zəpbə vurur: «KXDR və ABŞ liderləri arasında uğurla keçirilən sammitdən sonra biz, saksiyaların tezliklə aradan götürüləcəyinə ümid edirik».

O, sanksiyaların yaxın vaxtlarda aradan qaldırılması məsələsinə Çin liderinin dəstək verməsini xahiş edib.
Məqaləin müəllifləri qeyd edirlər ki, ÇXR sədri qeyd edib ki, bunun üçün «bütün mümkün səyləri göstərəcək».
Məlumat üçün bildirək ki, Kim Çen In iyunun 19-20-si tarixlərində Çinə ikigünlük səfər edib. Bu, Şimali Kopeya liderinin qonşu ölkəyə son 3 ayda üçüncü səfəri olub.








loading...


Fikrinizi bildirin