«İran rejimi çökəcək...» - Trampın vəkilinin «münəccimliyi»...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın vəkili Rudolf Culiani hesab edir ki, tezliklə İranın «totalitar rejimi»nin sonu gələcək.

Onun sözlərinə görə, «İran rejiminin çökməsi» artıq indi baş verir («Röyter»).

Culiani əmindir ki, bundan sonra, İran sakinlərini «parlaq gələcək» gözləyir.

Amerikalı hüquqşünas həm də beynəlxalq ictimaiyyəti İran biznesini və İranla əməkdaşlıq edənlərin hamısını boykot etməyə çağırıb.

Bundan əvvəl ABŞ, Birləşmiş Millətlər Təşkilatını (BMT) «terroçuluğu dəstəkləyən və bölgədə sabitliyi pozan» İrana qarşı sanksiyaları dəstəkləməyə çağırıb.

Bu arada, İran İslam Respublikasının (İİR) Prezidenti Həsən Ruhani bəyan edib ki, Vaşinqtonla qarşıdurmada Tehran nəinki güclü çıxa bilər, həm də «onu diz çökdürə bilər».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar