Malidə fransız hərbçilərinə hücum zamanı yaralananların sayı artıb

Malidə fransız hərbçilərinə hücum zamanı xəsarət alanların sayı artıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyi "Twitter"də bildirib.

Məlumata görə, ölkənin şimalındakı Qao şəhərində içində partlayıcı vasitənin olduğu avtomobil yol kənarında saxlanılıb. Fransız əsgərlərini daşıyan zirehli maşın ərazidən keçərkən partlayıcı qurğu işə salınıb.

Hadisə zamanı 31 nəfər xəsarət alıb. Onların xəsarətinin ağır olduğu bildirilir. Bəzi məlumatlara gö, hücumu zaman 6 fransız əsgəri həlak olub

Partlayışdan sonra atışma baş verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar